Həftənin ilk iş günü hava neə olacaq? - PROQNOZ
24 noyabr 2019 13:18 (UTC +04:00)

Həftənin ilk iş günü hava neə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-6°, gündüz  6-9° isti, Bakıda gecə 4-6°,  gündüz  7-9°  isti olacaq.  Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.  

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında  arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz  6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.  

# 2145
avatar

Oxşar yazılar