Havanın temperaturu dəyişir  - PROQNOZ
04 noyabr 2019 13:06 (UTC +04:00)

Havanın temperaturu dəyişir - PROQNOZ

Ölkə ərazisində noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4026
avatar

Aygün İbrahimli

Oxşar yazılar