Goranboyda örüş torpaqlarının zəbt edilməsi ilə bağlı araşdırma başladı - VİDEO
21 may 2020 18:24 (UTC +04:00)

Goranboyda örüş torpaqlarının zəbt edilməsi ilə bağlı araşdırma başladı - VİDEO

Sosial şəbəkələrdə Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovun döyməsi ilə bağlı xəbərlər yayılıb. 
 
Lent.az-ın məlumatına görə, həmin xəbərlərdə qeyd olunur ki, mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəliblər. Lakin bu vaxt İcra Hakimiyyətinin vəzifəli şəxsləri qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atıblar.
 
Araşdırmamız zamanı hadisə şahidləri belə bir halın baş vermədiyini, Arzu Verdiyev və Eldar Musayevin iddialarının əsassız olduğunu bildiriblər.
 
Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək onların qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3112
avatar

Oxşar yazılar