Bayram tətilində bu qaydalara əməl olunmalıdır - TÖVSİYƏLƏR
25 may 2020 13:00 (UTC +04:00)

Bayram tətilində bu qaydalara əməl olunmalıdır - TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı Ramazan bayramı, bayram tətili ilə bağlı tövsiyələr açıqlayıb.

e-tibb.az xəbər verir ki, ÜST-ün sosial şəbəkədə yaydığı infoqrafiyada bunlar qeyd olunub:

Bu bayram bir qədər fərqli  qeyd olunur. Bu səbəbdən özünüzü yorğun, məyus, kədərli hiss edə bilərsiniz. Özünüzün və sevdiklərinizin sağlamlığını qoruduğunuz üçün sizlərə təşəkkür edirik. Biz pandepiyaya birlikdə qalib gələcəyik.

Sağlam qalmaq üçün tövsiyələr dəyişməz qalır:

Əllərinizi yuyun, məsafə saxlayn, öskürəndə və asqıranda ağzınızı dirkək büyüküşünüzlə və ya tək istifadəlik salfetlə bağlayın.

Özünüzü yaxşı hiss etmədikdə-quru öskürdükdə, yüksək hərarət, tənəffüs çatışmazlığı olduqda - mümkün qədər evdə qalın, çölə çıxanda isə maskadan istifadə edin.

Bayramı birlikdə yaşadığınız insanlarla qeyd etmək ən təhlükəsiz seçimdir. Əgər ictimai yerlərə getməli olsanız o zaman yerli qurumların tövsiyələrinə əməl edin və digərləri ilə aranızda ən azı bir metr məsafə saxlayın. Çölə çıxmazdan əvvəl və sonra əllərinizi yuyun.

Səyahət etmək əvəzinə yaxınlarınız və dostlarınızla videozənglə əlaqə saxlayın. Həmçinin onlayn şəkildə digər fəaliyyətlələ məğıul ola bilərsiniz.  Məsələn, virtual şəkildə muzey turlarına qoşula, parklara, əyləncə mərkəzlərinə onlayn səyahətlər edə bilərsiniz.

Bayramda sağlam qidalanın. Qidalanərkən kifayət qədər meyvə-tərəvəz qəbul edin. Sağlamlığınıza zərər yetirməyəcək qədər duz və yağ istifadə edin.  Bayramı kənar insanlarla keçirirsinizsə ən azı bir metr məsafə saxlayın.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) də bayramla bağlı müraciət edib.

 

Bu bayram digərlərindən fərqli olacaq. Koronavirus pandemiyası dövründə bayramda sağlamlığımızı qorumaq üçün:

 

Yaxınlarımızla evlərinə gedərək yox, telefon və ya onlayn bayramlaşmalı;

 

Əl ilə görüşüb-öpüşməməli;

 

Qohum-qonşuya yemək payı göndərməməli;

 

Küçədə qonşular və ya yaxınlarla rastlaşanda fiziki məsafəni qoruyaraq bayramlaşmalı;

 

Daha çox vaxtımızı evdə keçirməli, məcbur olmadıqca küçəyə çıxmamalıyıq.

 

Daha Sağlam Ramazanlara!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34