Baş prokuror yeni hərbi prokuror təyin etdi
07 may 2020 16:13 (UTC +04:00)

Baş prokuror yeni hərbi prokuror təyin etdi

Sumqayıta yeni hərbi prokuror təyin edilib.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin edilib.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev APA-ya təsdiqləyib.

Qeyd edək ki, Sumqayıtın hərbi prokuroru Zöhrab Kazımov bir müddət əvvəl Hərbi Prokurorluqda Kadrlar və Hüquqi Təminat şöbəsinin rəisi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4605
avatar

Oxşar yazılar