Bakıdakı "Xanlar" parkında nə baş verir?
13 may 2020 21:32 (UTC +04:00)

Bakıdakı "Xanlar" parkında nə baş verir?


Bakı şəhərinin hər yerində olduğu kimi, Səbail rayonunun mərkəzi hissəsində, eyni zamanda Badamdar və Bibiheybət qəsəbələrində, Bayıl və 20-ci yaşayış sahələrində ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən abadlıq və yenidənqurma işləri intensiv şəkildə davam etdirilir.

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, 15 000-dən çox sakinin yaşadığı Bayıl yaşayış sahəsində də qısa müddət ərzində bir çox genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilib, su və kanalizasiya xətləri yenilənib, küçə və məhəllədaxili yollara yeni asfalt örtüyü salınıb, çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilib, fasad hissələri təmir edilib.

Qeyd edilib ki, hal-hazırda isə Əli Nəzmi küçəsində 7 çoxmənzilli yaşayış binasında “Bizim həyət” layihəsi çərçivəsində təmir-tikinti işləri davam edir. Bununla yanaşı ümumi sahəsi 12 500 kv.m. olan “Xanlar” parkında da təmir işləri həyata keçirilir, burada sakinlərin istirahətinin səmərəli təşkil edilməsi üçün oturacaqlar, idman qurğuları, uşaq və oyun meydançaları quraşdırılır. Qısa müddət ərzində parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. “Məlumat üçün bildirirk ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə qərəzli şəkildə şər və böhtan xarakterli məlumatlar yayılmaqdadır. Bununla bağlı qeyd etmək istəyirik ki, “Xanlar” parkında təmir işləri başlamamışdan öncə bir ədəd 57 kv.m. sahədə dəmir kostruksiyadan inşa edilib, sanitar-gigiyenik qaydalara cavab verməyən iaşə obyekti (çayxana) fəaliyyət göstərirdi. Parkda təmir işləri başlanılan zaman həmin obyekt sahibi tərəfindən demontaj olunub, həmin yerdə uşaq meydançası quraşdırılıb. Hal-hazırda sosial şəbəkələr vasitəsi ilə özünü qeyd olunan obyektin sahibi kimi qələmə verən, həqiqətdə isə həmin obyektin icarədarı olan şəxsə parkın ərazisində eyni ölçüdə iaşə obyektinin tikintisinə icazə verilib”, - deyə Səbail RİN-in məlumatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10669
avatar

Oxşar yazılar