Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
15 may 2020 09:39 (UTC +04:00)

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

May ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə APA-ya Bakı Şəhər İcra hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930
avatar

Oxşar yazılar