Kanadada yaşayan azərbaycanlı gənclər bu ölkədə "Qarabağ" adlı həvəskar futbol komandası yaradıblar.
Lent.az xəbər verir ki, u barədə Azərbaycan Televiziyasının "Çıxışa doğru" verilişində qonaq olan klubun təsisçisi Turqut Cabbarlı məlumat verib.
T.Cabbarlı qeyd edib ki, klubun yaradılmasında məqsəd ölkəmizi və "Qarabağ" klubunu təbliğ etməkdir.
"Biz bu ad altında daha həvəslə oynayırıq", - T.Cabbarlı əlavə edib.
Eyni zamanda, süni intellekt xidmətləri göstərən şirkətin təsisçisi olan T.Cabbarlı Kanadada azərbaycanlıların mövqelərinin möhkəmləndiyini, gənclərin müxtəlif şirkətlərdə mühüm vəzifələrdə çalışdığını bildirib.