Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb
11 may 2020 18:50 (UTC +04:00)

Azərbaycanda daha 70 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb


Azərbaycan Respublikasında 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197 545 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6282
avatar

Oxşar yazılar