Almaniyadan Bakıya 188 Azərbaycan vətəndaşı gətirildi - FOTO
19 may 2020 22:04 (UTC +04:00)

Almaniyadan Bakıya 188 Azərbaycan vətəndaşı gətirildi - FOTO

 

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 19-da Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən APA-ya verilən məlumata görə,  həmin reyslə 188 nəfər  Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri  AZAL tərəfindən  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3511
avatar

Oxşar yazılar