Ailəsində Böyük Vətən müharibəsi iştirakçıları olanların NƏZƏRİNƏ
08 may 2020 13:47 (UTC +04:00)

Ailəsində Böyük Vətən müharibəsi iştirakçıları olanların NƏZƏRİNƏ

1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində MDB məkanında “Yaddaş yolu” layihəsi üzrə yeni elektron portal yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə,  yeni portalın yaradılmasında məqsəd həmin müharibənin iştirakçıları haqqında məlumatların multimedia muzeyində toplanması və xatirələrini əbədiləşdirməkdir. Nazirlikdən bildirilib ki, hər ailənin, hər nəslin həmin müharibədə iştirak etmiş qəhrəmanı var: “Ona görə də Böyük Vətən müharibəsi iştirakçısı olan ailə üzvlərinizə, qohumlarınıza, tanışlarınıza aid məlumatları foto.pamyat-naroda.ru və ya mil.ru saytlarına daxil etməklə, adlarının əbədiləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.

Sayta müharibə iştirakçısının soyadını, adını, atasının adını, doğum tarixini və doğulduğu yeri, müharibədən əvvəlki, müharibə və müharibədən sonrakı dövrdəki fotoşəkillərini və s. daxil edə bilərsiniz”.

Qeyd edək ki, bu məlumatlar Moskvada yerləşən “Patriot Parkı”nın “Yaddaş yolu” qalereyasında milyonlarla müharibə iştirakçıları sırasında əbədiləşəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7542
avatar

Aygün İbrahimli

Oxşar yazılar