8 dərəcə şaxta olacaq - Bu günün HAVASI
22 dekabr 2023 08:15 (UTC +04:00)

8 dərəcə şaxta olacaq - Bu günün HAVASI

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəçək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

 

 

 

 

# 3924
avatar

Oxşar yazılar