60 yaşdan sonra SEKS – Bu  nə üçün vacibdir?
09 oktyabr 2023 19:58 (UTC +04:00)

60 yaşdan sonra SEKS – Bu nə üçün vacibdir?

İnsanlar 60-70 yaşdan sonra da cinsi aktiv ola bilirlər.

Lent.az xarici mediaya istinadən bildirir ki, mama-ginekoloq Viktoriya Fisyukun iddiasına görə,  bu, sağlamlıq üçün də fayda gətirə bilər.

Onun sözlərinə görə, yaşından asılı olmayaraq, cinsiyyət əhval-ruhiyyəni, maddələr mübadiləsini və qan dövranını yaxşılaşdıran xoşbəxtlik hormonlarının güclü bir şəkildə sərbəst buraxılmasına səbəb olur.

60 yaşdan sonra "problemlər o qədər də ciddi deyil, onlara münasibət dəyişir, həyat daha sakit və ölçülü bir xarakter alır", - həkim deyir. "Bütün bunların incə cinsi münasibətlərlə əvəz edilməsi çox düzgündür", - o əlavə edib. Lakin xəbərdarlıq edib ki, qaydalara riayət etmək vacibdir, çünki həddindən artıq fiziki fəaliyyət ürək-damar sistemini, xüsusən də kişilərdə həddindən artıq yükləyə bilər.

Həkim cinsi əlaqənin qadının bütün orqan və sistemlərinə faydalı təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, qan təzyiqi və şəkər səviyyəsi aşağı düşür və stressli vəziyyətlərə dözmək daha asan olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131064
avatar

Oxşar yazılar