60 ildə İLK DƏFƏ: Bu şəhərdə iki həftədə günəş cəmi  42 dəqiqə   görünüb
16 noyabr 2023 17:46 (UTC +04:00)

60 ildə İLK DƏFƏ: Bu şəhərdə iki həftədə günəş cəmi 42 dəqiqə görünüb

Sankt-Peterburqda son iki həftə ərzində günəş cəmi 42 dəqiqə görünüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə şəhərin baş sinoptiki Aleksandr Kolesov məlumat verib.

Onun sözlərinə görə, günəş yalnız Skandinaviyadan Şimal-Qərb bölgəsinə antisiklonun gəlməsi ilə peyda olur.

“Son 15 gün ərzində Sankt-Peterburqda günəş cəmi iki dəfə 0,7 saat, daha doğrusu 42 dəqiqə görünüb” deyən Kolesov əlavə edib ki, “bu o qədər azdır ki, birinci yarımillik üçün bir növ rekorddur. Noyabrın sonunda, çünki bu, 60 ildir ki, baş verməyib.

Sinoptikin sözlərinə görə, təxminən 1967-ci ildə də belə olub - o zaman şəhərdə günəş cəmi 1 saat parlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4491
avatar

Oxşar yazılar