“SpaceX” şirkətinin qurucusu milyarder İlon Mask 12-ci dəfə ata olub.
Lent.az-ın “Bloomberg”ə istinadən xəbərinə görə, gizli ata olan iş adamının son uşağının anası korporasiyasının top meneceri Siobhan Zilisdir.
İlon Mask daha əvvəl bildirmişdi ki, dünyada doğum nisbətinin azalması sivilizasiya üçün ən böyük təhlükədir.
Milyarderin 12-ci övladı bu ilin əvvəlində dünyaya gəlib. Bu, Elon Mask və 36 yaşlı Siobhan Zilisin üçüncü ortaq övladıdır. 2021-ci ildə onların əkiz övladları olub və Mask onlara soyadını verib. Onların münasibətləri ciddi şəkildə gizli saxlanılırdı və indi də cütlük münasibətlərini, xüsusən də statuslarının nə olduğunu şərh etmir.
Qeyd edək ki, İlon Maskın ilk evliliyindən altı oğlu var. Onların hamısı süni mayalanma proseduru ilə doğulublar. Xalq arasında Qrayms kimi tanınan kanadalı müğənni Kler Baucher ona iki oğul və bir qız verib.
Planetin ən zəngin adamlarından biri müsahibəsində bildirib ki, dünyada doğum səviyyəsinin aşağı düşməsi sadəcə böhran deyil, sivilizasiyanın üzləşə biləcəyi ən böyük təhlükədir.