Lent.az xəbər verir ki, APA TV-nin əməkdaşı həmin ailədə olub.
Məlum olub ki, ailə növbəti dəfə sevinc yaşasa da, bir gözü sevincdən gülsə də, bir gözü sosial problemlər ucbatından ağlayır.
Ailə başçısı Əflan Abdullayev deyir ki, ailəsini fəhləliklə, ustalıqla dolandırır. O da iş olandan, olana. Abdullayevlər çoxuşaqlı ailə kimi müavinət alsalar da bu pulla ay ərzində dolanmaq ailə üçün mümkünsüzdür. Uşaqlardan beşi məktəbli olsa da yalnız ikisi məktəbə gedir.
Abdullayevlərin 7-ci sinifdə oxuyan qızı Əsmər deyir ki, paltarı yoxdur deyə məktəbə gedə bilmir.
Ətraflı video materialda: