Türkiyədəki zəlzələ bölgəsi üçün yardım toplama məntəqəsinə köhnə "VAZ-2107"i ilə yorğan aparan Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edilib.
Lent.az xəbər verir ki, bu barədə "Yeni Müsavat"ın rəhbəri Rauf Arifoğlu sosial şəbəkədə məlumat paylaşıb.
Məlumata görə, avtomobil türkiyəli iş adamı Sebahettin Civelek tərəfindən verilib. Sərvər Bəşirli özü Azərbaycanda olmadığı üçün avtomobil onun atasına təqdim edilib.
Qeyd edək ki, Sərvər Bəşirli köhnə avtomobili ilə yardım apararkən fotoları gündəm olmuşdu.