Vüsalə Mahirqızı: “Sosial şəbəkələrdə milli təhlükəsizlik məsələsi nəzərə alınmalıdır” - FOTO
Bakıda “Ənənəvi KİV-dən online mediaya keçid” mövzusunda konfrans işini sessiyalar şəklində davam etdirib. APA-nın məlumatına görə, Avropa Şurası, Avropa İttifaqı, Azərbaycan Mətbuat Şurası, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan konfransın sessiyalarında “Ənənəvi KİV-dən online mediaya keçid: beynəlxalq standartlar və aktual problemlər”, “Online media azadlığı ilə bağlı qanunvericilik bazası və islahatlar: internet idarəetmə imkanları və yeni təmayüllər” və “Sosial media və sosial şəbəkələr” mövzularında məruzələr dinlənilib.
“Sosial media və sosial şəbəkələr” mövzusunda keçirilən sessiyada çıxış edən “APA Holding”in baş direktoru Vüsalə Mahirqızı qeyd edib ki, sosial və online media anlayışının qavranması ilə bağlı çoxlu sayda tədbirlərin keçirilməsi vacibdir: “Sosial şəbəkələrdə milli təhlükəsizlik məsələsi nəzərə alınmalıdır. Bu fikri xarici ölkələrin təcrübəsinə əsaslanıb demişəm. Məsələn, qonşu Türkiyədə vətəndaşların sosial şəbəkələrdə hərbi geyimdə şəkil yerləşdirmələri qadağandır. Avropa ölkələrində də, ABŞ-da da hərbi əməliyyatların getdiyi ərazilərdə sosial şəbəkələrə girişlərin qarşısı alınır, mobil rabitə kəsilir. Deməli, bu, həm də milli təhlükəsizlik məsələsidir. Ən azı bir müddət əvvəl cəbhədə baş verən gərginlikdə vəziyyətin hansı həddə çatdığının şahidi olduq. Mən demirəm ki, sosial şəbəkələri tamamilə məhdudlaşdırmalıyıq. Əksinə sosial şəbəkələr, sosial media Azərbaycanın xaricə çıxışı üçün, informasiya müharibəsində qalib gəlməsi, ölkənin xəbər blokadasında qalmaması üçün mühüm vasitədir. Prezident Administrasiyası və Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavinin burada iştirakından istifadə edib, demək istəyirəm ki, bu sahəyə orduya ayrılan diqqət qədər diqqət ayrılması vacibdir. Azərbaycanın real müdafiəsi ordunun əlindədirsə, virtual sərhədlərinin qorunması online medianın əlindədir”.
Vüsalə Mahirqızı deyib ki, ölkədə online medianın çox ciddi problemləri, o cümlədən mütəxəssis problemi var. O bildirib ki, sosial mediaya şamil edilən xəbər saytlarının şərh bölümləri olmalıdır: “Məsələn, APA İnformasiya Agentliyi sosial media sayılmır. Sosial media o xəbər saytıdır ki, onun oxucu ilə interaktiv əlaqəsi olsun. Xəbər saytlarının şərh bölmələrini özümüz üçün monitorinq etsək, görərik ki, sağlam polemikadan, informativlikdən daha çox qara piar üstünlük təşkil edir. Amma indiki halda müzakirə olunası məsələlərdən biri yazılan şərhlərə görə kimin məsuliyyət daşımasıdır”.
Vüsalə Mahirqızı qeyd edib ki, bloqlar Azərbaycan ictimai-siyasi həyatında o qədər də yüksək önəm daşımır: “Bəlkə bu ondan irəli gəlir ki, bloqlarla eyni vaxtda “Facebook” da aktivləşməyə başlayıb və adamlar artıq “Facebook”da fikirlərini ifadə edirlər. Ölkəmizdə “odnoklassniki” - yəni, əyləncə xarakterli sosial şəbəkə mərhələsi arxada qalıb. Hazırda “Facebook” mərhələsindəyik. Şəxsi qənaətimə görə, sosial şəbəkələrdə “odnoklassniki” əyləncə, “Facebook” ümumi kommunikativ xarakterli, “Twitter” isə ictimai-siyasi yükü ağır olan şəbəkədir. Biz “Twitter”ə doğru gedirik, amma indiki halda Azərbaycanda “facebook” mərhələsidir. Bizdə “Facebook” daha çox insanların bir-biri ilə əlaqə yaratmaq vasitəsidir”.
Vüsalə Mahirqızı Azərbaycanda ictimai-siyasi xadimlərin, dövlət resurslarının sosial şəbəkələrə inteqrasiyasının vacib olduğunu bildirib.

1147