Bakıda insan orqanizmi üçün təhlükəli olan 2853 kq dondurma məhv edilib
07 iyul 2011 12:15 (UTC +04:00)

Bakıda insan orqanizmi üçün təhlükəli olan 2853 kq dondurma məhv edilib

İnsan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “RAH-96” və “Qranit” firmalarına verilən icrası məcburi göstəriş yerinə yetirilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “RAH-96” firmasının istehsal etdiyi 753,03 kq və “Qranit” firmasının istehsalı olan 2103,44 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar