“Azərsu” əhalini ehtiyatlı olmağa çağırdı
Son zamanlar özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müfəttişi kimi təqdim edən, eləcə də vaxtilə “Azərsu” ASC-də işləmiş və sonradan işdən çıxmış bəzi şəxslər mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinin, cərimə aktlarının yazılmaması müqabilində nağd pul tələb edirlər.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, onlara müraciət edən nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar.
Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və ya digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahəsini məlumatlandırsınlar. Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar. “Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal Sahələrinə məlumat versinlər.
“Azərsu” ASC-dən bildirilib ki, qurumun işçiləri şəkildə göstərilən vəsiqə nümunələri ilə təmin olunublar.
Rayon Sukanal sahələrinin əlaqə telefonları:
Sabunçu Sukanal sahəsi 429-62-96
Suraxanı Sukanal sahəsi 477-73-12; 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13; 554-95-37; 554-95-38
Nizami Sukanal sahəsi 570-15-60; 375-59-34; 375-54-61
Nəsimi Sukanal sahəsi 498-00-85; 498-00-89; 493-55-61
Səbail Sukanal sahəsi 492-44-47; 492-07-34
Yasamal Sukanal sahəsi 432-64-74; 432-01-34; 511-24-09
Xətai Sukanal sahəsi 379-20-86; 372-00-20; 371-65-36
Nərimanov Sukanal sahəsi 561-16-63; 562-48-74; 555-13-68
Binəqədi Sukanal sahəsi 562-25-54; 562-89-63; 555-13-60
Qaradağ Sukanal sahəsi 445-85-10; 445-07-27; 445-85-60
Abşeron Sukanal İdarəsi 349-39-99; 342-12-57; 342-11-29
Sumqayıt Sukanal İdarəsi 4-44-41; 5-09-003
“Azərsu” işçilərin müvafiq vəsiqə formasını da təqdim edib.

1533