
Yasamalın bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. ASC istehlakçıların nəzərinə çatdırır ki, Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli xətdə baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb. Bununla əlaqədar, “Salyan kazarması” adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və “İzmir” prospektinin bir hissəsinin su təchizatı müvəqqəti dayandırılıb.
Qeyd edək ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.
Qeyd edək ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.
Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12