Pensiya-sığorta sisteminə dair tender elan edilib
“Azərbaycanda pensiya-sığorta sisteminin mövcud vəziyyətini tam qiymətləndirmək və sistemin gələcək 25 - 30 illik inkişafı üçün aktual hesablamalar aparılacaq, nəticələr ümumiləşdiriləcək və müvafiq təkliflər hazırlanacaq”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
O bildirib ki, bu təklifləri hazırlamaq üçün tender elan olunub. Bundan ötrü DSMF, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyindən ibarət komissiya yaradılıb.
Tenderə 6 şirkət qatılıb. S.Müslümov yaxın günlərdə qalib şirkətlərin adlarının açıqlanacağını söyləyib: “Mənə verilən ilkin məlumata görə, tenderdə iki şirkət 80-dən çox bal toplayıb. Ən yüksək – 83,5 balı ABŞ şirkəti yığıb”.
Ramiz MİKAYILOĞLU

663