Yol Polisi işçi axtarır
Lent.az idarənin saytına istinadən xəbər verir ki, Müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvana aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi
- orta ixtisas və ya ali təhsil haqqında diplom
- hərbi bilet
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlər yol hərəkəti qaydaları üzrə və kompüter biliklərinin yoxlanılmasına cəlb olunurlar.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Fiziki hazırlıq səviyyəsinin minimal normativləri:
- Qaçış:
100 (yüz) metrə - 15.00 saniyə,
1000 (min) metrə - 4.00 dəqiqə
- Turnikdə dartınma: -- 6 dəfə
Müsabiqə üçün sənədlər DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) 2011-ci ilin iyul ayının 10 -dan 30 -dək hər gün (bazar günündən başqa) saat 10 -dan 17 -dək qəbul olunur.
Əlaqə telefonu: (012) 590 81 10

1161