“Eurovision 2011”-in markası buraxıldı
05 iyul 2011 19:40 (UTC +04:00)

“Eurovision 2011”-in markası buraxıldı

0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb.

Markanın nominal dəyəri isə 1 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar