Mətbuat xidməti işçiləri üçün təlim
Lent.az-ın məlumatına görə, tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin - Xızı, Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.
Layihəyə təlimçi qismində iki xarici ekspert də cəlb olunub. Onlardan biri Fred Gijbels Avropa Şurasının Moldova, Gürcüstan, Özbəkistan və digər ölkələrdəki layihələrinə qatılıb. Hollandiyanın Leyden Universitetində sosial elmləri tədris edir. Digər ekspert David van der Houven Mərkəzi və Şərqi Avropa ölkələrində media hüquqları üzrə çoxsaylı layihələrdə təlimçi olub.
Qeyd edək ki, MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Layihə çərçivəsində ikinci treninq-məşğələnin iyul ayının 30-31-də Tərtər rayonunda təşkili planlaşdırılır.

538