Yoxsullar üçün yeni proqram hazırlanır
“Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında Dövlət Proqramı” hazırlanır. 2010-2012-ci illəri əhatə edəcək sənədin ilin sonunadək hazırlanması prosesi başa çatacaq. Bundan sonra proqram razılaşdırılmaq üçün müvafiq orqanlara təqdim olunacaq.
Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, həmin proqramda kiçik biznesə və ailə-kəndli təsərrüfatlarına dövlət dəstəyinin artırılması nəzərdə tutulur. Hazırda bu sahədəki problemlərin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi üçün tədbirlər görülür.
Şöbə müdiri bildirib ki, dövlət proqramında uşaqların sosial müdafiəsi sahəsində də ciddi tədbirlərin görülməsi planlaşdırılır. Bundan başqa, “Azərbaycan Respublikasının sosial xidmət haqqında” yeni qanun hazırlanır. Natiq Qasımov bildirib ki, bu qanunun da hazırlanmasında əsas məqsəd həm uşaqlara dövlət qayğısının artırılması, həm də bütövlükdə ailələrin sosial reabilitasiyası, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.
Elxan SALAHOV

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46