“Sevgilisilə bir yataqda öldürdüyüm ərimə indi “Yasin” oxuyuram”
Laçınlı məcburi köçkün qadının həyat və məhbəs hekayəti
(“Məhbusələr” silsiləsindən)
...O, Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisində günahını boynuna alan, cinayətini səmimi etiraf edən tək-tük məhbusələrdən biridir. Etdiyi hərəkətdən peşman olmasına gəlincə, deyir, yalnız balalarıma görə peşmanam. Çünki həbsxanaya düşəndən bəri 5 uşağından heç birinin üzünü görə bilməyib. Deyir ki, indi böyük uşaqlarımı görsəm tanıyaram, ancaq balacaları yox: “Onların sifəti yadımdan çıxıb. Hərdən böyüklərin də sifətini unuduram...”
Söhbət Cinayət Məcəlləsinin 120-ci maddəsilə ittiham olunaraq həbs edilmiş Xalidə Hətəmovadan gedir. O, iki nəfəri (bəlkə də üç nəfəri) öldürməkdə təqsirləndirilərək, 14 il həbs cəzasına məhkum edilib (sonradan həbs cəzası 12 ilə endirilib). X.Hətəmova 1965-ci ildə Laçın rayonunda anadan olub. 3 qızı, 2 oğlu var. Həbsxanaya düşən vaxt ən kiçik övladı 7 aylıq, böyük övladının 16 yaşı olub.
O və həyat yoldaşı əslən Laçın rayonundandırlar. Lakin sonradan – erməni işğalı zamanı Füzuli rayonunun “Haramı düzü” adlanan ərazisində məskunlaşırlar. 2002-ci ildə baş vermiş hadisə də elə Füzulidə olur. Hadisəyə əsas səbəb Xalidənin təsərrüfat işləri ilə məşğul olan ərinin heç “dinc” dayanmaması olub.
Müxtəlif vaxtlarda 3 qadını ailəsinin yaşadığı evə gətirərək, bir müddət onlarla yaşayıb. Qadınlardan biri Füzuli rayonunun kəndlərindən olub. Digər qadını Beyləqandan gətirib. Başqa bir qadın isə Xocavənddən olan məcburi köçkün olub. Qadınların hər biri ayrı-ayrılıqda Xalidənin “xanımlıq etdiyi” evdə “ikinci arvad” rolunu oynayıblar. Əslində isə qadınlar onun “gözü orda-burda olan” ərinə sadəcə ehtirasını söndürmək üçün lazımmış.
Sonuncu dəfə isə ər Ağcabədi rayonundan olan 16 yaşlı qızı gətirib. Təsəvvür edirsinizmi? 16 yaşlı oğlu olan ata özünə 16 yaşlı “gəlin” gətirir. Xalidənin dediyinə görə, “gəlin” və anası ərini “öyrədib” ailəsinin üstünə salırmış. Əzazil “ər-ata” isə ailə üzvlərinə, xüsusən Xalidəyə ən ağlagəlməz işgəncələr verirmiş. Məsələn, öldürülən gün o, arvadını dirəyə bağlayıb döyübmüş. Ancaq indiki məhbusəyə qarşı daha şiddətli və iyrənc hərəkətlər də edilib: əri 16 yaşlı “gəlin”lə hər dəfə cinsi əlaqədə olandan sonra Xalidəni çağırıb məcbur edirmiş ki, “gəl bunu yu-təmizlə...” Ancaq o deyir ki, hətta bu işə də razıydım, heç ərimi qısqanmırdım da... Bəs onda onu niyə öldürüb?
Məhbusə qətlin səbəbi kimi yalnız ağır söyüşləri və şiddətli işgəncələri göstərir: “Buna qədər də çox zülm almışdım. Ancaq axırıncı qızı gətirəndən sonra mənə və övladlarıma daha şiddətli işgəncələr verməyə başladı, ən murdar sözlərlə təhqir edirdi. Mən də öz hüququmu bilmirdim. Nə biləydim ki, boşanmaq üçün məhkəməyə müraciət etmək lazımdı. Beyləqan, Ağcabədi və Füzuli rayon polis şöbələrinə müraciət eləmişdim. Dedim ki, bu adamı məndən aralaşdırın, mənə çox zülm verir. Onlar isə başlarından elədilər, sözümə qulaq asan olmadı. Bəlkə də vaxtında bir tədbir görsəydilər, onu 15 sutkalıq, ya da 1 illik “içəri” salsaydılar, bu hadisə də baş verməyəcəkdi. Özü də hamısı bilirdi ki, evə qeyri-qanuni arvadlar gətirir. Böyük oğlum evdən qaçdı, 6 ay evə gəlmədi, uşaq atasının hərəkətlərinə dözmürdü.
Hadisə olan gün məni dirəyə bağlamışdı. Axşamüstü sonuncu övladım ağladı. Onda əl-qolumu açıb, dedi, gəl uşağa bax. Sonra da dedi bizə çay-çörək qoy. Yemək yeyən vaxtı da başladı murdar söyüşlər söyməyə, döyməyə. Artıq bütün bədənim qap-qara olmuşdu. Mən gündüzdən onu öldürməyi planlaşdırmamışdım. Ancaq axırıncı dəfə döyəndən sonra fikirləşdim ki, ölmək ölməkdi, xırıldamaq nə deməkdi...”
Nəhayət, qətl saatı – Xalidənin ərini, onun 16 yaşlı gətirdiyi qadını və... qadının hamilə qaldığı bir neçə həftəlik cocuğu öldürən vaxt gəlib çatır. Gecə saat 2 radələrində ağız-burnunun qanını yumaq ağlına bəlkə gəlməyən Xalidə ərinin bir neçə gün əvvəl Ağcabədidən gətirdiyi “Kalaşnikov” avtomatını axtarır. Axtarış çox çəkmir: o, əlini atdığı birinci yerdə – miçətkənin altında silahı tapır. Ömründə güllə atmamış, əlinə silah belə almamış qadın əri və 16 yaşlı “gəlin”in yatdığı çarpayının bir-iki metrliyinə qədər yaxınlaşır. Avtomatın lüləsini əvvəlcə özündən gövdəcə az qala iki dəfə böyük olan ərinə tərəf tuşlayır. Tətiyi çəkməsi ilə onu o dünyaya göndərməsi bir olur. Kişi, demək olar ki, heç yuxudan ayılıb can verməyə də macal tapmır. Sonra isə silahın lüləsi “gəlin”ə tərəf tuşlanır. Qeyri-rəsmi ərinin al-qana boyandığı görən yeniyetmə qız yalvarıcı nəzərlərlə dünənə qədər zülm çəkməsinə səbəb olduğu qadına baxır. Ancaq artıq gecdi, həm də çox gec: Xalidə tətiyi çəkib, “Kalaşnikov”un darağında qalan güllələri onun qarnına boşaldır. Sonra isə soyuqqanlılıqla övladlarını götürüb polis şöbəsinə yollanır və təslim olur...
İndi o, həbsxanada oruc tutur, namaz qılır, burada “Quran” oxumağı da öyrənib. Hətta ərinə “Yasin” də oxuyur. Bütün bu baş verənlərin günahını isə “qaçqınlıq”da görür: “Allah erməninin belini qırsın, nə oldusa bu qaçqınlıqda oldu. Hərə dağıldı bir tərəfə... Öz rayonumuzda olanda ərim də belə hərəkətlər eləmirdi”
Həmsöhbətimizi həbsxanada ancaq atası, bacı və qardaşları yoluxur. Uşaqlarını isə qayınanası qoymur yanlarına gələ. Hətta rayona gedən bir qadın vasitəsilə şəklini övladlarına göndərəndə də qayınanası buna qarşı çıxıb. Şəkili aparan qadına deyib ki, səni polisə verəcəm. Nə qədər qəribə olsa da məhkumə qayınanasını övladlarını ondan ayırdığına görə qınamır. “Mən onun yeganə oğlunu öldürmüşəm, başımı sığallamayacaq ki...” deyir.
Xalidənin isə övladlarından ötrü burnunun ucu göynəyir, elə ən böyük arzusu da onları görməkdi. Ancaq qayınanası icazə vermir ki, vermir... Bir müddət əvvəl qayınanası 17 yaşlı qızını ərə vermək istəyib. Ancaq qız razı olmayıb. Deyib ki, “anam gəlməyincə ailə qurmaram, məni o gəlmədən ərə versəniz, özümü öldürərəm”.
Hə, bir də, onunla ailə qurması mövzusunda danışdım. Deyir, “rayon yeriydi, mən də cavan qız idim. Cəmi 17 yaşım vardı, o da 20 yaşındaydı. Elçi gəldilər, atam da razılaşdı. İndiki ağlım olsaydı, ona ərə getməzdim...”
Pərvin ABBASOV
[email protected]
P.S Lent.az-da “Məhbusələr” silsiləsindən olan yazılar davam edəcək.

1654