ABŞ-ın Nyu-York şəhərində dörd yaşlı Promis adlı qız anasının və qardaşının çürümüş qalıqları olan bir mənzildə 2 həftə tək yaşayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Promisin 38 yaşlı anası Liza Kottonun qohumları onunla əlaqə saxlamamasından narahat olub və polisə müraciət ediblər.
Qapını zorla açan polis Lizanın və onun səkkiz yaşlı oğlu Nazir Millienin qalıqlarını tapıb. Həmçinin məlum olub ki, anası və qardaşı öləndən sonra 4 yaşlı Promis evdə 2 həftə onların qalıqları ilə tək yaşayıb. Günlərdir yemək yemədiyi üçün tamamilə tükənib. O, yalnız evdə tapdığı bir şokoladı yeyib.
Lizanın ürək tutmasından, yeni doğulasn körpəsi Nazirin isə anasının ölümündən sonra qida çatışmazlığından öldüyü güman edilir.