İspaniyanın paytaxtı Madriddə Laureus World Sports Award mükafatının illik təqdimetmə mərasimi keçirilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, digər şeylərlə yanaşı, “İlin kəşfi” və “İlin komandası” kateqoriyalarında qaliblər müəyyənləşib.
"Barselona"nın vunderkindi Lamine Yamal "İlin kəşfi", "Real" isə 2024-cü ilin ən yaxşı komandası seçilib.