Rusiyanın Moskva vilayətində yol-nəqliyyat hadisəsi törədən polis əməkdaşı saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, “Skoda” markalı avtomobili idarə edən polis əməkdaşı motosikletlə toqquşub, daha sonra hadisə yerindən qaçıb.
Hadisə nəticəsində motosiklet sürücüsü xəsarət alaraq xəstəxanaya aparılıb. Polis qəzanı törədən sürücünün şəxsiyyətini müəyyənləşdirib. Onun Cənub-Qərb İnzibati Rayon Daxili İşlər İdarəsinin şöbələrindən birinin əməkdaşı olduğu üzə çıxıb. Qəza zamanı polis əməkdaşı xidmətdə olub.
Daxili İşlər Nazirliyinin Baş İdarəsi qeyd edib ki, polis əməkdaşının daxili işlər orqanlarından tutduğu vəzifədən azad olunması ilə bağlı xidməti araşdırma aparılır.