Qara çay – dünyanın ən məşhur içkilərindən biridir. O, diqqəti artırmağa, enerjili olmağa və qan xolesterin səviyyəsini azaltmağa kömək edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bütün bu faydalarına baxmayaraq, bu içki hər kəs üçün uyğun deyil.
Qara çay tərkibindəki kofein sayəsində insana enerji verir. Onun təsiri qəhvədən daha yumuşaq olur – enerji tədricən gəlir, kəskin dəyişikliklər olmur. Üstəlik, çayın tərkibində antioksidantlar da var ki, bu da immuniteti möhkəmləndirir və orqanizmin qocalma prosesini ləngidir.
Kimlərə qara çay içmək məsləhət deyil?
İlk növbədə, bu ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərə aiddir. Tünd dəmlənmiş qara çay sinir sistemində həddindən artıq oyanıqlıq yarada bilər, təzyiqi artıra və ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bu vəziyyət fizioloji olaraq belə baş verir: böyrəküstü vəzilər stress hormonları ifraz edir, bu hormonlar təzyiqi artırır, beyinə qan axını güclənir, damarlar daralır və ürək daha sürətli döyünməyə başlayır ki, daha çox oksigen çatdırsın.
Alternativ nədir?
Qara çaya yaxşı alternativ yaşıl çaydır. O, orqanizm üçün daha faydalıdır, çünki antioksidantlar baxımından daha zəngindir – bu maddələr hüceyrələri zədələrdən qoruyur.
Yaşıl çayın tərkibində həmçinin katexinlər var ki, bu da həzm sistemini tənzimləyir və bədəndəki maye balansını qorumağa kömək edir.