Bir çoxları düşünür ki, saçları yuma prosesində son olaraq soyuq su ilə yaxalamaq parıltının sirridir. Bəs bu həqiqətən işə yarayırmı, yoxsa sadəcə növbəti populyar mifdir?
“Bəzi mənbələr qeyd edir ki, isti su saçın kütikulasını açır və onu zədələnməyə daha həssas edir. Soyuq su isə əksinə, kütikulanı bağlayaraq saçlara hamar görünüş və parıltı verir. Lakin digər tədqiqatlar suyun temperaturunun kütikula vəziyyətinə əhəmiyyətli təsir etdiyini təsdiqləmir”.
Lent.az bununla bağlı məlumatları təqdim edir:
Nyu-Cersidə yerləşən müstəqil elmi tədqiqat mərkəzi "TRI Princeton"da kimyaçıların apardığı araşdırma göstərib ki, saçları soyuq su ilə yaxalamaq onların parıltısına təsir etmir. Soyuq sudan sonra saçlarda parıltının artdığı müşahidə edilməyib. Əksinə, ilıq su daha yaxşı nəticə verib.
Soyuq su kimlər üçün faydalı ola bilər?
Yağlı dəriyə və nazik saçlara sahib insanlar üçün soyuq su faydalı ola bilər, çünki o, artıq piy ifrazını azaldır. Quru saçlar üçün təkcə soyuq su kifayət etmir, həm də nəmləndirici vasitələrdən istifadə vacibdir, çünki kütikulanın tam bağlanmaması saçların qırılmasına səbəb ola bilər.
Qıvrım və adətən daha məsaməli olan saçlar isə soyuq sudan xüsusilə “uduşlu” çıxır, çünki bu, şişkinliyi azaldır. Əsas odur ki, keyfiyyətli şampun, balzam və saç üçün qidalandırıcı və nəmləndirici qulluq vasitələri istifadə olunsun.
Saçları parlaq edən üsullar nələrdir?
Təbii yağlarla (hindqozu, arqan, jojoba) zəngin qidalandırıcı maskalar və balzamlardan istifadə edin. Fen, maşa kimi termiki vasitələrin istifadəsini minimuma endirin. Zülal, yağ və vitaminlərlə (xüsusilə biotin və E vitamini) zəngin balanslaşdırılmış qidalanma mühüm rol oynayır.
Soyuq suyun fəsadları
Ümumiyyətlə, soyuq su zərərli deyil. Amma daim və ilıq su ilə kontrastsız istifadə edildikdə, baş dərisində qan dövranını zəiflədə bilər ki, bu da saçların böyüməsinə təsir edə bilər. Soyuq temperatur və ya baş ağrılarına meyilli insanlar üçün isə soyuq su narahatlıq yarada bilər.
Saçlar nə qədər tez-tez yuyulmalıdır?
Yalnız az sayda insan gündəlik olaraq saçlarını şampunla yumalıdır – məsələn, nazik saçlara sahib olanlar və çox idman edənlər. Əgər saçlar görünəcək qədər yağlıdırsa, baş dərisində qaşınma və ya çirklənmədən yaranan qabıqlanma varsa, bu hallarda saçlar mütləq yuyulmalıdır.
Quru və ya qıvrım saçlara sahib insanlar isə daha gec-gec yuyula bilər. Bəzi insanlar üçün hər günün birində və ya 2-3 gündə bir dəfə saç yumaq uyğundur. Qaradərili insanlar üçün isə saçlarını həftədə bir dəfə yumaq kifayət edir.