"Real"ın ulduzu sevgilisi ilə görüşə görə  tənqidlərlə üzləşdi
02 oktyabr 2026 13:57 (UTC +04:00)

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

0

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub.

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, lakin 27 yaşlı futbolçu İspaniyaya qayıtmağa tələsmir. Bunun əvəzinə Mbappe sevgilisi Ester Expozito ilə vaxt keçirməyi seçib. Media cütlüyün şam yeməyindən sonra birlikdə maşına minərkən dəbdəbəli Paris restoranının qarşısında çəkib.

Məlumata görə, Mbappe son iki gündür ki, “Real”ın Valdebebas məşq bazasında meydana çıxmayıb. Bu, bəzi azarkeşlər arasında qəzəbə səbəb olub və onlar oyunçunu zədədən sağalarkən etdiyi davranışa görə sosial mediada tənqid ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar