Dünyanın  ən uzun   küçəsi: uzunluğu nə qədərdir,  harada yerləşir?
02 oktyabr 2026 14:27 (UTC +04:00)

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

0

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 1999-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur.

Lent.az xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatları təqdim edir. 

1896 kilometr rəqəmi niyə mifdir?

Yonge Street Torontonun mərkəzində, Ontario gölünün sahilindən başlayır və şimala doğru uzanır. Şəhərdən kənarda Highway 11 magistralına birləşir. Yol daha sonra ABŞ sərhədinə yaxın yerləşən Rainy River şəhərciyinədək davam edir. Bu marşrutun ümumi uzunluğu 1896 kilometr hesablanırdı və Ginnes onilliklər ərzində bu göstəricini rekord kimi təqdim edib.

Lakin 1999-cu ildə Ontarioda yolların təsnifatında dəyişiklik aparılıb. Yonge Street və Highway 11 ayrı yollar kimi qəbul edilib. Yonge Street küçə olaraq qalıb, Highway 11 isə magistral yol kimi təsnif edilib. Bununla da əvvəlki rekord qüvvədən düşüb

Airport Road: adını dəyişmədən 81 kilometr

Ginnes daha sonra “küçə” anlayışı üçün yeni meyar müəyyənləşdirib. Küçə bütün uzunluğu boyunca eyni adı daşıyan, ictimai istifadəyə açıq olan və giriş-çıxışın xüsusi şəkildə məhdudlaşdırıldığı sürətli magistral sayılmayan yol olmalıdır.

Bu meyarlara Airport Road uyğun gəlir.

Airport Road Toronto Pearson Beynəlxalq Hava Limanının sərnişin terminalı yaxınlığından başlayaraq şimal-qərb istiqamətində Simcoe bölgəsinin sərhədinədək uzanır. Yolun uzunluğu 81 kilometrdir və bütün məsafə boyunca adı dəyişmir.

Bəzi xəritələrdə yolun Stayner ərazisinədək davam etdiyi və ümumi uzunluğunun 96,1 kilometr olduğu göstərilir. Lakin Ginnesin qeydə aldığı rəsmi göstərici 81 kilometrdir.

Burada mühüm bir fərq var: Airport Road dünyanın ən uzun yolu deyil, dünyanın ən uzun küçəsi hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar