25-ci mərtəbədən  yıxılan uşaq sağ qaldı - MÖCÜZƏ
22 aprel 2025 15:24 (UTC +04:00)

25-ci mərtəbədən yıxılan uşaq sağ qaldı - MÖCÜZƏ

Çində doqquz yaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılaraq möcüzə nəticəsində sağ qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Hebey əyalətinin Tanşan şəhərində baş verib.

Qız evdəki istiliyə görə pəncərəni açmaq istəyib. Ancaq bu zaman qız yıxılaraq, 18 mərtəbə aşağıda eyvanın üstünə düşüb.

Tanşandakı bütün xəstəxanalar bu şəraitdə onu müalicə etməkdən imtina etdiyinə görə, valideynləri onu təcili təxminən 200 km uzaqlıqdakı Pekindəki xəstəxanaya aparıblar.

Pekin Uşaq Xəstəxanasında qıza qollarının, alnının və döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Anasının sözlərinə görə, xoşbəxtlikdən onun beyni zədələnməyib.

O, bir neçə əməliyyat keçirib və 10 gündən sonra xəstəxanadan buraxılıb. O, aprelin sonunda təkrar müayinədən keçməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar