Abşeronda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsi, Yeni yaşayış massivi, 3 nömrəli məktəbin yaxınlığında baş verib.
20 yaşlı İbayev Musa Rahim oğlu yaşadığı fərdi yaşayış evinin dəhlizində özünü asaraq öldürüb. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.