Bağlanan məsciddə sonuncu dəfə Qamət Süleymanov xütbə oxuyub
“Gəncədəki qardaşlar xahiş edirdilər ki, gedib onları ziyarət edək”
Gəncədə bağlanmış “Cümə məscidi”ndə sonuncu dəfə “Nərimanov rayon dindarları” dini icmasının rəhbəri, “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov xütbə oxuyub. Q.Süleymanov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib.
“Bu, təxminən iki-üç həftə əvvəl olub. Gəncədəki qardaşlar xahiş edirdilər ki, gedib onları ziyarət edək. Biz d’ qərara gəldik ki, cümə namazlarının birini gedib Gəncədə qılaq. Nəticədə gedib cümə namazını orada qıldıq, xütbə verdim. Xütbənin mövzusu isə orucluqla bağlı idi” – deyə, Q.Süleymanov bildirib.
O əlavə edib ki, xütbədəki çıxışı zamanı başqa heç bir mövzuda danışılmayıb.
Xatırladaq ki, sentyabrın 16-da Gəncə şəhərindəki “Cümə məscidi” bağlanıb.
Məscid Gəncənin Nizami rayonunun Şahsevənlər məhəlləsində yerləşir (Cavadxan küçəsi 9-cu döngə). Burada məhəlləylə eyniadlı icma da fəaliyyət göstərib. Məscidə gələnlər isə əsasən, əhali arasında “vəhhabi” kimi tanınan şəxslər olur. “Cümə məscidi”nə adi günlərdə 30-50, həftənin cümə günlərində isə 200-300 insan yığışıb ibadət edirmiş.
Məscid tarixi abidə kimi Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansındadır.
Pərvin ABBASOV

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53