Dövlət Komitəsi: Gəncədəki məscidin dini icması qanunsuz fəaliyyət göstərib
“Məscidin imamı da Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunmayıb”
“Gəncə şəhərində Alban məbədi kimi tanınan məscidin dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatı olmayıb. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlar icma şəklində qeydiyyat keçməyiblər və qanunazidd olaraq fəaliyyət göstərib”.
Bu barədə Lent.az-a DQİDK-nin mətbuat xidmətindən bildirilib. Komitənin məlumatında, həmçinin məscidin imamının da qeyri-rəsmi olaraq fəaliyyət göstərdiyi vurğulanıb: “Belə ki, o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə imam təyin olunmayıb”.
Xatırladaq ki, sentyabrın 16-da Gəncə şəhərindəki “Cümə məscidi” bağlanıb.
Məscid Gəncənin Nizami rayonunun Şahsevənlər məhəlləsində yerləşir (Cavadxan küçəsi 9-cu döngə). Burada məhəlləylə eyniadlı icma da fəaliyyət göstərib. Məscidə gələnlər isə əsasən, əhali arasında “vəhhabi” kimi tanınan şəxslər olur. “Cümə məscidi”nə adi günlərdə 30-50, həftənin cümə günlərində isə 200-300 insan yığışıb ibadət edirmiş.
Məscid tarixi abidə kimi Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansındadır.
Pərvin ABBASOV

Oxşar yazılar

Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06
Soyuducunu və qidanı korlamayın: Məhsulların dondurulmasında yol verilən 9 SƏHV
19 iyul 2025 , 17:41
Hansı ölkələrdə insanlar daha tez qocalır və niyə - ARAŞDIRMA
19 iyul 2025 , 17:05