QHT Şurası layihələrin monitorinqinin I mərhələsinin yekunlarına dair konfrans keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ildə Şura tərəfindən maliyyələşdirilmiş layihələrin monitorinqinin I mərhələsinin yekunları ilə bağlı konfrans keçirdi.
Konfransda monitorinqi həyata keçirmiş Şura Katibliyinin əməkdaşları, xüsusi olaraq monitorinqlərin aparılması ilə bağlı Şuranın sifarişini yerinə yetirən Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərləri və işçi heyətləri, eləcə də layihəsi maliyyələşdirilən QHT rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və media mənsubları iştirak etdilər.
Lent.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulayaraq, bunu dövlətin vətəndaş cəmiyyətinin inkişafına qayğı və diqqətinin təzahürü kimi dəyərləndirdi. Layihələrin reallaşdırılması nəticəsində vətəndaş təşəbbüskarlığının artırılması, cəmiyyətin sosial qayğılarının ödənilməsi ilə bərabər QHT-lərin təşkilat olaraq möhkəmlənməsini, onların idarəçilik təcrübəsinin artırılmasının da vacibliyini diqqətə çəkən Şura sədri aparılan monitorinqlərin bir sıra xüsusi məqamlar üçün də nəzərdə tutulduğunu açıqladı. O qeyd etdi ki, QHT fəaliyyətində zəngin təcrübəyə malik iki təşkilatın apardığı bu monitorinqlər QHT-lərin layihə üzrə öhdəliklərinin necə yerinə yetirilməsinin yoxlanılması ilə bərabər həm də müəyyən mənada onlar üçün konsultativ, təşkilati-texniki və metodiki yardım xarakteri daşımışdır.
Monitorinqlərin I mərhələsinin yekunları üzrə məruzələrlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun layihə rəhbəri Siyab Məmmədov, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov və Şuranın İcraçı direktoru Fərasət Qurbanov çıxış etdilər.
Qeyd edildi ki, 230-dan artıq təşkilatda yerinə yetirilmiş monitorinqlər ölkədə vətəndaş cəmiyyətinin vəziyyətini bilavasitə əks etdirir. QHT-lər texniki-təşkilati baxımdan möhkəmlənir, QHT və maliyyə idarəçiliyində qiymətli təcrübə əldə edirlər. Bildirildi ki, son iki ildə dövlətin ayırdığı maliyyə yardımı nəticəsində ölkənin QHT sektorunda böyük sıçrayış baş verib. Vurğulandı ki, layihələr üzrə yerinə yetirilən işlərin səmərə və keyfiyyətində, eləcə də bu işlər haqqında hazırlanmış hesabatlarda müəyyən qüsurların olmasına baxmayaraq, bütövlükdə maliyyələşmənin vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verməsindən və ölkədə ictimai fəallığın artmasından və demokratik prinsiplərin müəyyən qədər dərinləşməsindən danışmaq lazımdır. Monitorinqlərin önəmli nəticələrindən biri olaraq vurğulandı ki, Şuranın maliyyə yardımı ilə reallaşdırılan bu layihələr əsas etibarilə indiyədək beynəlxalq donorların diqqətdən kənarda saxladığı mövzular və istiqamətlər üzrədir. Ona görə heç də təsadüfi deyil ki, son iki il ərzində QHT-lər tərəfindən vətənpərvərlik məsələləri, Qarabağ həqiqətləri, milli mədəniyyətimiz, adət və ənənələrimiz haqqında beynəlxalq aləmə çıxarılması mümkün olan çoxlu sayda təbliğat materialları yaradılmışdır.
F.Qurbanov məruzəsində 15 maliyyələşdirmə istiqaməti üzrə QHT-lərin verdiyi ən yaxşı və ən pis hesabatları konkret adlarla sadalayaraq, yol verilmiş qüsurların tam aradan qaldırılması üçün hələ müəyyən vaxtın olduğunu diqqətə çatdırdı.
Müzakirələrdə çıxış edən QHT rəhbəri Novella Cəgfəroğlu Şuranın monitorinq fəaliyyətilə bağlı ortaya qoyduğu şəffaflığı yüksək qiymətləndirərək, ictimai sektora daha böyük məbləğlərin xərcləndiyini bəyan edən digər təşkilatlara da analoji şəffaflıq arzuladı.
Çıxış edən başqa QHT-lərin rəhbərləri Solmaz Hacıyeva, Dilarə Mahmudova, Nazir Quliyev, Sevgim Rəhmanov, Muqamət Əliyev və başqaları hesabatların tərtib olunması və monitorinqin aparılması prosedurları ilə əlaqədar öz fikir və təkliflərini bildirdilər.
Çıxışlarda, həmçinin, QHT layihələri çərçivəsində həyata keçirilən işlərin təbliğatı ilə bağlı məsələlərə də toxunuldu. Təbliğat işinin gücləndirilməsinin vacibliyi qeyd edildi.
Şura sədri A.Quliyev konfransa yekun vuraraq, monitorinqin nəticələrinin bu formatda müzakirəsinin gələcək fəaliyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

620