184 məktəb və 82 uşaq bağçasında uşaqlar müayinə olunub
15743 nəfərdə müxtəlif patologiyalar aşkarlanıb, müalicəyə göndərilib, 5880 nəfər dispanser qeydiyyatına götürülüb
Azərbaycan Respublikası Prezidentinin 2009-cu ilin 18 fevral tarixli 163 saylı sərəncamı əsasında 2009-cu ilin “ Uşaq ili” elan edilməsi ilə bağlı Səhiyyə Nazirliyinin 29 mart 2009-cu il tarixli 33 nömrəli əmri ilə “ Uşaq ili”nə həsr olunmuş “Tədbirlər planı” hazırlanıb. Tədbirlər planına əsasən 2009 ilin fevral-iyun ayları ərzində aparılmış işin nəticələri toplanıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına ismtinadən verdiyi məlumata görə, tədbirlər planının həyata keçirilməsinə K.Fərəcov adına ET Pediatriya İnstitutu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Baki Baş Səhiyyə İdarəsi və regionların səhiyyə şöbələri cəlb olunub.
Poliklinikalarda qeyrimütəşəkkil və mütəşəkkil (bağçalarda və məktəblərdə, ocümlədən uşaq evləri, internatlar, liseylər və orta ixtisaslı kolleclərdə oxuyan) qruplarda, qaçqınlar və məcburi köçkünlər məskunlaşmış ərazilərdə 0-15 yaşarası uşaqların kütləvi tibbi muayinələrinin aparılması, ümümi dispanserizasiyası və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə tədbirlər həyata keçirilib.
2009-cu ilin 1-ci yarım ilində (aprel-iyun) Bakı şəhəri üzrə 176817 uşaq və yeniyetmələr (baqça və təhsil ocaqları) kütləvi tibbi müayinələrdən keçirilib, müayinə 184 məktəb və 82 uşaq bağçasını əhatə edib. Onlardan 15743 nəfərdə müxtəlif patologiyalar aşkarlanıb, müalicəyə göndərilib, 5880 nəfər dispanser qeydiyyatına götürülüb.
Bütün müayinə olunmuşlardan 10125 uşaq qaçqın və məcburi köçkün ailələrindəndir. Qalan məktəb və uşaq bağçalarında kütləvi tibbi müayinələrin aparılması tərtib olunmuş vaxt cədvəlinə əsasən yeni tədris ilində davam etdiriləcəkr.
K.Y. Fərəcov ad. Pediatriya İnstitutu tərəfindən qeyd olunan müddət ərzində səyyar və yerli regional briqadalar tərəfindən 30 rayonda 84032 uşaq müayinədən keçirilib, onlardan 11416 nəfər dispanser qeydiyyatına götürülüb. 8 regionun qaçqın və məcburi köçkünlər məskunlaşmış şəhərciklərində 6739 uşaqdan 2404 nəfər müayinədən keçirilib, onlardan 1283 uşaq müxtəlif xəstəliklər üzrə müalicəyə təyinat alıb və stasionarlara göndərilib.
2009-cu ildə VRF-nun dəstəyi ilə “Hamilə qadınlar arasında HİV və Hepatit B virusunun diaqnostikası və yenidoğulmuşların Hepatit B-ə qarşı profilaktikası” proqramının tətbiqinə başlanılıb.
2009-ci ilin aprel tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən respublikanın ərazisində İmmunlaşdırma Həftəsi keçirilmişdir. Yeni peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub.Uşaqlarda yod çatışmazlığına dair tədbirlərin təşkili istiqamətində ölkənin 15 şəhər və rayonunda ərazi üzrə hər 30 uşaqda “sidikdə yodun aşkarlanması” məqsədilə müayinələr aparılır və tədqiqatlar davam etdirilir.
Respublikada körpələrin ana südü ilə qidalanmasının təbliğinin gücləndirilməsi məqsədilə “Döşlə əmizdirmə” proqramının tətbiqi üzrə doğuşayardım xidməti sahəsində mütəmadi olaraq monitorinqlər keçirilir. Respublikada 0-5yaşadək uşaq ölümü səbəblərinin tədqiqatı başa çatdırılıb. Hazırda tədqiqatın nəticələrinə müvafiq olaraq uşaq ölümü hallarının azaldılmasına yönəldilmiş tədbirlər hazırlanır.
Bakı və regionlarda hemofiliya və talassemiya irsi qan xəstəliklərinə dücar olmuş uşaqlar üçün qan vermə aksiyaları (12dəfə) keçirilib. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları tərəfindən qan xəstəliklərinə düçar olmuş uşaqlara stomatoloji xidmətlərin keyfiyyətli aparılmasına dair stomatoloq, hemotoloq, pediatrlar üçün “Hemofiliya xəstəliyi, etiologiya, patogenez, klinika, diaqnostika, müasir müalicə prinsipləri”, “ Hemofiliyalı xəstələrdə stomatoloji xəstəliklərin profilaktikası”, “Hemofilik uşaqlarda ortodontik müalicənin xüsusiyyətləri” mövzusunda Bakıda və Şəki zonasında təlimlər keçirilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar (fiziki cəhətdən qüsurlular, çoxcəhətli əlillər, eşitmə, görmə, nitq və əqli cəhətdən qüsurlular , ifliclər və s.) üçün Bakı şəhər Uşaq Bərpa Müalicə mərkəzində və poliklinikaların şöbələrində reabilitasiya proqramı mütəmadi olaraq aparılır. Burada muasir tibbi reabilitasiya və korreksiya metodları ilə yanaşı ( fiziki və psixi inkişaf) erkən müdaxilə, musiqi və oyun terapiyası, həyat bacarıqlarının inkişaf etdirilməsi tətbiq edilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müasir reabilitasiya metodlarının tətbiqi üzrə “Uşaq serebral iflicinin müalicəsində fiziki amillərin kompleksli tətbiqinin prinsipləri” üzrə metodik tövsiyələr hazırlanaraq Bakıda və Şəki bölgəsində təlimlər aparılmışdır. Respublikanın digər şəhər və regionlarında təlimlərin keçirilməsi davam etdiriləcək.
“Azərbaycan Respublikası əhalisinə zəmanətli tibbi yardımın təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli 141 nömrəli əmrinə 55 vacib dərman preparatları və tibbi ləvzimatların siyahısı (02.10.2008-ci il tarixli 132 nömrəli əmr) əlavə olunub.
Sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası istiqamətində müalicə şəraitinin yaxşılaşdırılması məqsədilə 2009-cu ilin 1-ci yarımilliyində müxtəlif profilli uşaq sanatoriyalarına 1390 uşaq qəbul olunmuşdur.“ Uşaq ili” elan edilməsi ilə bağlı tərtib olunmuş Tədbirlər planına müvafiq olaraq körpələr evlərində uşaqların adaptasiya xüsusiyətlərinin yüngülləşdirməsi istiqamətində tibb işçiləri ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən “Körpə uşaqlarda adaptasiyanın xüsusiyyətləri”, “Erkən yaşlı uşaqlarda pnevmoniyanın kliniki xüsusiyyətləri”, “Erkən yaşlı uşaqlarda diarreya sindromu və müalicəsi” müvzularında ixtisaslaşdırılmış təlimlər keçirilir.
Qeyd etmək lazımdır ki, Bakıda fəalıyyət göstərən 1 saylı Körpələr evində 1 aydan-3 yaşa qədər 2009-cu ilin yanvar ayında 36 uşaq qeydiyyatda olmuşdur. 4 qusurlu uşağa cərrahi əməliyyat olunub, 2009-cu ilin 6 ay ərzində 7 uşaq övladlığa verilib(de- institualizasiya). Uşaqlara (onlardan 6 müxtəlif qusurlu) ana nəvazişi göstərilməklə yanaşı yaş səviyəsinə uyğun məşğələlər keçirilir.Psixonevroloji Uşaq Evində 1 aydan-3 yaşa qədər 52 qusurlu uşağa qayğı göstərilir, tibbi müalicə və reabilitasiya proqramı aparılır.
Gəncə şəhərinin Körpələr evində 2009-cu ilin yanvar ayında 28 uşaq ( 8 qusurlu) qeydiyyatda olmuş və 6 ay ərzində 6 uşaq daxil olmuş 13 uşaq qeydiyyatdan çıxmışdır (7 uşaq öz valideyinlərinə, 6 uşaq - övladlığa verilmişdir). Hazırda 21 uşaq var.Hər iki körpələr evində Beynəlxalq təşkilatların dəstəyi ilə işləyən tibb işçiləri üçün beynəlxalq standartlara uyğun adaptasiya və qulluq metodlarının tətbiqi, düzgün qidalanmanın təşkili üzrə treninq və seminarlar keçirilir.

Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53