APA Vətənpərvərlik mövzusunda debat keçirib
APA İnformasiya Agentliyi “Hərbi vətənpərvərlik şüurunun formalaşmasına KİV dəstəyi” adlı layihə həyata keçirməyə başlayıb.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində “Vətənpərvərlik tərbiyəsi və dövlətçiliyin təbliği: reallıqlar və perspektivlər” mövzusunda ilk debat keçirilib. Debatda ekspert qismində Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, ehtiyatda olan polkovnik Həsən Əmirov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov, APA informasiya agentliyinin müxbirləri Rəşad Süleymanov və Ramil Məmmədli iştirak ediblər.
Rəşad Süleymanov: Bu gün ölkədə hərbi vətənpərvərlik tərbiyəsinin təşkili, cəmiyyətdə bu şüurun formalaşdırılması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Azərbaycanın müharibə şəraitində yaşamasına, hərbi əməliyyatların başlanması ehtimalına baxmayaraq, bu sahədə təbliğat çox zəifdir. Həm dövlət, həm də qeyri-hökumət təşkilatları bu sahədə lazımi aktivliyi göstərmirlər. Odur ki, sizlərin də bu mövzuya dair fikirlərinizi bilmək istərdik. Sizcə bu problemin aradan qaldırılması üçün nə etmək lazımdır?
İldırım Məmmədov: Milli mentalitetindən asılı olmayaraq müxtəlif ölkələrin təcrübəsi göstərir ki, hərbi vətənpərvərlik şüurunun formalaşdırılması hansısa vətəndaşın və ya təşkilatın fərdi qaydada öhdəsindən gələcəyi iş deyil. Bu, ailədən başlanmalı, dövlətin təşəbbüsü və dəstəyi ilə reallaşdırılmalıdır. ABŞ, Rusiya, Türkiyə, hətta Gürcüstanın praktikasını götürsək, görərik ki, təbliğat işinin yüksək səviyyədə və peşəkar təşkili üçün böyük həcmli maliyyə vəsaiti lazımdır. Bu gün müharibələrin qələbə ilə başa çatdırılmasında informasiya müharibələri də mühüm rol oynayır. Ərazilərimizin bir hissəsini itirməyimizə baxmayaraq, biz hazırda informasiya müharibəsində düşmənlərimizdən geri qalırıq. İnformasiya müharibəsini də özündə ehtiva etməklə, ümumilikdə hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək üçün xüsusi proqram və ya konsepsiya olmalıdır. Bu sənəd konkret araşdırmalar əsasında hazırlanmalı, konkret qurumlar qarşısına konkret tapşırıqlar qoyulmalıdır. Sənəddə təbliğat işi necə qurulmalı, necə aparılmalı, onun maddi-texniki tərəfləri, idarə edilməsi və s. əks olunmalıdır.
Həsən Əmirov: Bu gün dövlətin gənclər siyasətinin əsas prioritetlərindən biri onların hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi olmalıdır. Düzdür, bu sahədə müəyyən işlər həyata keçirilir. Amma bu işlər və əldə olunan nəticələr istədiyimiz səviyyədə deyil. Bir problemi qeyd etmək istəyirəm. Bakı küçələrində və milyonlarla insanın istifadə etdiyi metrodakı reklam lövhələrində tikinti materiallarından saqqıza qədər hər şey reklam olunur. İndiyədək vətənpərvərlik ruhunu aşılayan bir reklam lövhəsinə də rast gəlməmişəm. Bəzi rayonlarda yolların kənarında bir-iki plakat var idi. Onları da yolu genişləndirəndə söküblər. Televiziya kanallarında da bu sahədə çox gerilik var. Son vaxtlar bir sıra qeyri-dövlət təşkilatları tərəfindən bu sahədə müəyyən addımlar atılmasını təqdirəlayiq saymaq olar. Əlbəttə, işi gücləndirmək üçün dövlət səviyyəsində müəyyən tədbirlər görülməlidir. Fikrimcə, gənclərin formalaşması üçün orta məktəblərdə hərbi dərslər keçən müəllimlərin səviyyəsi yüksəldilməli, bu dərslər kifayət qədər təcrübəli, müharibəni görmüş ehtiyatda olan zabitlərə həvalə olunmalıdır. Ordudan tərxis olunmuş zabitlər kifayət qədər olsa da, bu dərsləri bəzi məktəblərdə hətta qadınlar tədris edir. Ehtiyatda olan Zabitlər Konfederasiyası zona müşavirələrində bu cür məsələləri də araşdırır. Problemlər çoxdur. Bu məsələlərə televiziyalarda, radiolarda, qəzetlərdə daha geniş diqqət yetirilməsinə ehtiyac var.
Füzuli Rzaquliyev: Fikrimcə, hərbi vətənpərvərlik şüurunun formalaşması ilk olaraq ailədən və məktəbdən başlayır. Əgər valideyn vətənpərvər insandırsa, onun övladı da vətənpərvər olacaq. Döyüşlərdə iştirak edənlər yaxşı bilirlər ki, qələbəni insanların ruhu təmin edir. Milyonlarla dəyəri olan silah və texnikanı insan idarə edir və istiqamətləndirir. Biz bunun canlı şahidləri olmuşuq. Təsəvvür edin, haradansa yığılmış insanlardan ibarət bir taqım düşmənin bir zirehli texnikasına görə postu atıb qaçdı. Amma könüllü bir əsgər üzbəüz döyüşdə düşmənin iki tankını vurdu. Özü də sağ qaldı. Hamısında eyni silah var idi. Sadəcə, o tankları vuran əsgərdə ruh vardı. Biz - bir qrup qeyri-hökumət təşkilatı hərbi vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı xüsusi konsepsiyanın hazırlanması üçün hökumətə müraciət etmişik. Problemin mövcudluğunda KİV-in də müəyyən günahı var. Media şou tipli xəbərlərə daha çox önəm verir, nəinki hərbi sahədə baş verən hadisələrə. Bu sahədə Təhsil, Gənclər və İdman nazirliklərinin də üzərinə böyük məsuliyyət düşür. Digər əsas problem məncə, bəzi məmurların əlil və şəhid ailələrini süründürməçiliyə salması, süni problemlərlə üzbəüz qoymasıdır.
İldırım Məmmədov: Orduda xidmət etmiş zabitlərin, müharibə veteranlarının bu kampaniyalara cəlb olunmasının nəticələrini sovet dövründə görmüşük. Vətənpərvərlik şüurunun formalaşmasında ideyadan başqa, maddiyyat da rol oynayır. Məsələn, ABŞ-da açıq deyirlər ki, “vətənpərvərliyimiz dollara bağlıdır”. Hamı vətənini eyni səviyyədə sevmir. Heç kimə də demək olmaz ki, vətənini niyə bu qədər sevmirsən. Ölkənin əsgəri də olar, fərarisi də, alverçisi də, alimi də, şəhid olmağa hazır olanı da. Amma ruhu formalaşdırmaq üçün maddi təminat da olmalıdır. Təcrübə göstərir ki, döyüşə gedən adamın gözü arxada qaldıqda o döyüşə bilmir.
F. Rzaquliyev: Söz düşmüşkən, müharibə veteranlarına qayğı da cəmiyyətə təsirsiz ötüşmür. Bu gün ölkədə 40 mindən artıq Qarabağ müharibəsi veteranı var. Onların ailələri, yaxınları da nəzərə alınarsa, bu böyük bir kütlədir və cəmiyyətə təsiri mütləq nəzərə alınmalıdır. Son illər dövlət başçısı bu sahədə müəyyən sərəncamlar imzalayıb. Müharibə əlillərinə prezident təqaüdünün verilməsi, şəhid və əlil ailələrinin mənzillə təmin edilməsi, onlara təqaüddən əlavə 100 manatın verilməsi mühüm addımdır.
H. Əmirov: Məncə problemin mənbəyini ailələrdə də axtarmalıyıq. İnsanın formalaşmasında böyüdüyü ailənin rolu böyükdür. Əgər bir adam vətənini sevmirsə, övladını necə vətənpərvər böyüdə bilər? Məni narahat edən digər məsələ hərbi məktəblərə qəbulla bağlıdır. Son illər hərbi xidmət keçən zabitlərin, onların ailələrinin sosial durumunun yaxşılaşdırılması istiqamətində çoxlu işlər həyata keçirilir. Hərbi büdcənin artırılması, zabitlər üçün yeni mənzillərin tikintisi, məvaciblərin artırılması buna misaldır. Lakin bütün bunlara baxmayaraq, hərbi məktəblərə qəbul faizi çox aşağıdır.
Ramil Məmmədli: Ali Hərbi Məktəbə aşağı balla abituriyentlər qəbul edildi. Fikrimcə, bu, orduda xidmət edənlərin təminatı ilə də bağlıdır. Təminat elə səviyyədə olmalıdır ki, gənclər orduya can atsınlar. Ordunun təminatının yüksəldilməsi də gənclərimizdə hərbi vətənpərvərlik ruhunun artmasına xidmət edən amildir.
Füzuli Rzaquliyev: Biz 1990-cı illərin əvvəllərində döyüşə gedəndə baş verənlərə fanatikcəsinə yanaşırdıq. İndiki gənclər soyuqqanlıdır və 5-10 il sonranı düşünürlər. Təəssüf ki, bu gün zabit olaraq o perspektivi görmürlər. Baxın, 8-ci sinfi bitirib alver edənin hər şeyi var. Amma 5 il hərbi məktəb bitirib xidmət edən gəncin hələ də evi yoxdur. Bunlar öz həllini tapmalıdır. Digər tərəfdən, vətənpərvərlik tərbiyəsinin ümummilli səviyyədə təşkilində Türkiyə təcrübəsini nəzərə almaq, onu tətbiq etmək daha gözəl olar. Türkiyədə uşaqlara və gənclərə vətən, millət, bayraq, dil sevgisi aşılanaraq ideoloji təsir göstərilir. Bu təsirlər və ətrafda baş verənlər tədricən vətənpərvərlik şüurunu formalaşdırır. Təəssüf doğuran haldır ki, 18 ildir müstəqilik, hələ də elə azərbaycanlılar var ki, ana dillərini bilmirlər. Elə deputatımız da var ki, işğal edilmiş rayonlarımızı tanımır. Ona görə də bu tədbirləri özündə cəmləşdirən xüsusi sənəd olmalıdır. Hesab edirəm ki, burada inzibati məsuliyyət də nəzərdə tutulmalıdır. Belə olmasa, problem həll edilməyəcək.
Ramil Məmmədli: Fondlar tərəfindən QHT-lərə verilən qrantlar vasitəsilə cəmiyyətdə vətənpərvərlik ruhunu aşılamaq mümkündürmü?
İ. Məmmədov: Məncə, bu da lazımdır. Həmin QHT-lər dövlətin görə bilmədiyi işi həyata keçirir, boşluqları doldururlar. Bunu inkişaf etmiş ölkələrdə görür və qiymətləndirirlər. Amma bu işlər zərrə qədərdir. Kompleks yanaşma olmasa, görülən işlər sadəcə, kimlərinsə əziyyəti olaraq qalacaq.
H. Əmirov: Hesab edirəm ki, Hərbi Doktrina qəbul olunduqdan sonra müzakirə etdiyimiz bəzi məsələlər aydınlaşacaq. Qeyd etmək istəyirəm ki, son illər Azərbaycan ordusu maddi-texniki bazasını gücləndirir, öz inventarını müasir hərbi texnikalarla zənginləşdirir. Zabitlərin hazırlanması istiqamətində də müasir tədris metodikasından istifadə edilir. Lakin bəzi KİV-lərdə orduda baş verən neqativ hallar şişirdilərək cəmiyyətə təqdim olunur. Orduya qarşı kampaniya aparılmamalıdır.

768