36 saatlıq müharibə və ya Bakının qurtuluş savaşı
"Yol ver dağlar, yol ver bizə, biz Bakıya varacağız".
Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının təcəssümü kimi formalaşan Qafqaz İslam Ordusunun döyüş himninin bu misrası 1918-ci il sentyabrın 15-də reallaşdı. Azərbaycan istiqlalının önəmi qədər tarixi bir gün olan sentyabrın 15-nə qədər isə Azərbaycan milli hərbi qüvvələrindən, çoxsaylı könüllülərdən, nizami türk ordusundan qurulan Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər 3 ay savaş apardı.
İlk döyüş Gəncənin dağlıq hissəsində yaşayan, 600 nəfərdən ibarət öz silahlı dəstələrini yaratmış ermənilərlə oldu. Azərbaycan milli hökuməti və Qafqaz İslam Ordusu komandanı Nuru Paşa problemin dinc, danışıqlar yolu ilə həllinə cəhd etdilər. Silahları təhvil verəcəklərini, Azərbaycan hökumətini tanıyacaqlarını söyləyən ermənilər vədinə xilaf çıxaraq orduya qarşı müqavimət göstərdilər. İyun ayının 11-də Qafqaz İslam Ordusunun Gəncə dəstəsi hərbi əməliyyatlara başladı və ermənilər 10 nəfər itki verərək geri çəkildi. Müqavimətin səmərəsiz olduğunu görüb silahları təhvil verdilər. Azərbaycanın baş naziri Fətəli Xan Xoyski və Nuru Paşa Gəncə ermənilərini qəbul etdilər, onların şəxsi təhlükəsizliklərinin təmin olunacağını, mal-mülk toxunulmazlığını elan etdilər.
Çox keçmədi ki, Stepan Şaumyanın rus və ermənilərdən təşkil etdiyi 18 min nəfərlik Qızıl Ordusu Gəncə üzərinə hücuma keçdi. Qarabağda qətliamlar törədən Andranik də 6 min silahlısı ilə Gəncəyə doğru istiqamət götürdü. Azərbaycan xalqının qənimi və türk dünyasının düşməni olan Andranik və Şaumyanı erməniçilik və "Böyük Ermənistan" ideologiyası birləşdirirdi.
Qafqaz İslam Ordusunun tam tərkibdə Azərbaycana gəlməməsindən, Müsəlman Milli Korpusunun, "Dikaya diviziya"nın yetərincə hərbi gücə malik olmamasından həvəslənən Qırmızı Ordu birləşmələri bütün cəbhə xətti boyunca iyun ayının 10-da hücuma keçdi. Hacıqabul stansiyasında qərarlaşan bolşevik-erməni birləşmələri Sığırlını və iyunun 12-də isə Kürdəmiri işğal etdi.
Ordusuna qarşı ciddi təhlükə görməyən Şaumyan işğal etdiyi rayonların ermənilərini səfərbər edir, təşkilatlandırır və milli qoşun hissələrinə qarşı döyüşlərə göndərirdi. İyunun 13-dən Bolşevik qoşunları artıq Göyçayda qərarlaşmışdı. Qarşıda çətin Göyçay döyüşü dayanırdı. Qafqaz İslam Ordusunun Bakıya doğru uzanan istiqlal hərəkatında bu ən çətin, ağır bir savaş oldu. Türk ordusunun 5-ci Qafqaz piyada alayının az qisminin qatıldığı, Azərbaycan milli hərbi qüvvələrinin isə yetərincə gücə sahib olmaması uğursuzluğa gətirib çıxardı. Bu uğursuz hərb meydanında Qafqaz İslam Ordusu 200-dən artıq döyüşçüsünü, zabitini itirdi. Vəziyyətdən çıxış yolu aramaq, təşəbbüsü ələ keçirmək, cəbhə xəttindəki şəraiti öyrənmək üçün Əlahiddə Azərbaycan korpusunun komandanı general-leytenant Əliağa Şıxlınski, ordu komandanı Nuru Paşa, qərargah rəisi Nazim Paşa Göyçaya gəldi və əhali ilə görüşdü. Bütün imkanları ümumiləşdirən Nuru Paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq mövcud vəziyyəti qaydasına qoyub, tam səfərbərliyə nail olmaqla hərbi üstünlüyü ələ keçirə bilər. Növbəti hücum iyunun 28-nə planlaşdırıldı. İki gün davam edən bu döyüşlərin nəticəsi olaraq Qafqaz İslam Ordusu Qaraməryəmin Qərb hissəsini ələ keçirdi. İyunun 30-da isə qəfil hücum ilə Qırmızı Ordu birləşmələrinin döyüş cinahlarına həmlələr edildi və üç gün davam edən savaş nəticəsində Göyçay işğaldan qurtuldu. Ağır şəraitdə keçən döyüşlərdə Şaumyanın Qırmızı Ordusu çoxsaylı itkilər verdi və geri çəkildi.
Bolşevik mətbuatı Göyçay uğursuzluğunu "ordunun təcrübəsizliyi" ilə izah edərək "təcili əsgər lazım olduğu" barəsində elanlar dərc etməyə başladı. Bakı Xalq Komissarları Sovetinin səfərbərlik elanına, gördüyü tədbirlərə, tətbiq etdiyi cəzalara baxmayaraq Azərbaycan xalqı Qırmızı Ordu sıralarına qatılmırdı. Məhz bu ordu Bakıda mart ayının 31-dən aprelin 2-dək müsəlman və türk olduğu üçün 12 min insanı qətlə yetirmişdi. Şamaxıda, Qubada, Salyanda, Neftçalada 10 minlərlə insan soyqırıma məruz qalmışdı. Bu qanlı ordunun sırasına erməni və ruslardan başqa kim qatılmalıydı ki? Bütün sərt inzibati tədbirlər, həbslər səmərə vermədiyindən Bakı Xalq Komissarları Soveti Bakının müsəlman əhalisi arasında təbliğat aparılmasını məqsədə müvafiq hesab etdi və bu iş xalq ərzaq komissarı Mirhəsən Vəzirova həvalə olundu. Bu missiyanı üzərinə götürən M.H.Vəzirov iyul ayının 5-də Bakı Şəhər Dumasının binasında müsəlmanlarla görüşdü: "Camaat, hər bir ixtiyar ermənilərin əlindədir deyirsiniz. Buna səbəb nədir? Bu ondan ötrüdür ki, ermənilər Şura hökuməti "öl" dedikdə "ölərəm", "diril" dedikdə "dirilərəm" söyləyir. Siz camaat belə olsanız, əlbəttə sizin əlinizdə də ixtiyar olar... Bu gün ermənilər səfərbərliyə çağırıldıqda, ermənilər can və baş ilə xidmət etməyə hazır olduğu təqdirdə sizdən ancaq beş-on nəfər səfərbərliyə gəlir". Azərbaycan xalqının Bakı Komissarlarına mənfi münasibətini ciddiyyəti ilə açıqlayan Vəzirov əhalinin Türkiyənin hərbi yardımına necə həssas reaksiya verdiyini də söyləyir və təhdidə keçir: "O gün məzhərdə olan əhalinin bəziləri Türkiyənin adı gələndə ahlar çəkərlərmiş".
Övladlarını Qafqaz İslam Ordusu sıralarına göndərənlərin sonradan peşman olacağını, Ənvər Paşanın onları Suriya, Fələstin cəbhəsinə döyüşə göndərəcəyini söyləyən Vəzirovun bu siyasəti uğursuz idi.
Azərbaycan xalqı Qafqaz İslam Ordusuna maddi və mənəvi kömək edir, türk mehmetciyi ilə eyni səngərdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparırdı. Nuru Paşanın yanında "artilleriya allahı" Əliağa Şıxlınski, Həbib bəy Səlimov, Osman Gülməmmədov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsa bəy Aşurbəyli kimi görkəmli şəxsiyyətlər, bacarıqlı hərbçilər var idi. Azərbaycan milli hökumətinin ümumtürk həmrəyliyinə, ölkənin istiqlalına, vahid cinahda mübarizə çağırışlarına bölgənin nüfuzlu ziyalıları, ağsaqqalları da qatılmışdı. Borçalıdan Emin ağa, Qazaxdan Ənnağı bəy, Məmməd kovxa, Yevlaxdan Qarxunlu Əşrəf bəy, Göyçaydan Sadıq ağa və Həsrət bəy orduya könüllülərin, süvari atlı dəstələrinin cəlb olunmasında böyük fədakarlıqlar göstərirdilər. Qafqaz İslam Ordusu ətrafında Türkiyə və Azərbaycanın birliyi, qardaşlığı və həmçinin ordu ilə xalqın vəhdəti yaranmışdı. Məhz bu birliyin nəticəsində iyulun 6-da Ağsu, iyulun 12-də Salyan, iyulun 20-də isə Şamaxı daşnak-bolşevik birləşmələrindən azad olundu.
Məğlubiyyətin ağır nəticələri ilə üz-üzə qalan Şaumyan ümidini Rusiyadan göndəriləcək əlavə hərbi qüvvələrə bağlamışdı. Leninin göstərişi və tapşırığı ilə Petrovun 780 nəfərlik dəstəsinin Bakıya gəlməsinə baxmayaraq bolşevik hökuməti özünün növbəti hərbi uğursuzluq seriyasını yaşamalı oldu.
Cəbhədə bolşeviklərin xeyrinə heç bir dəyişiklik baş vermədiyindən erməni hərbçiləri Avetisyan, Qazaryan və Amazası yaranmış vəziyyəti müzakirə edərək çıxış yolu kimi Qafqaz İslam Ordusu komandanlığı ilə danışıqların tərəfdarı oldular. Durumun çətinliyini anlayan "26-lar" belə ağır şəraitdə hakimiyyətdən əl çəkdiklərini bəyan etdilər. Avqust ayının 1-də Bakıda hakimiyyət eser-menşevik və daşnakların əlinə keçdi. Onlar "Mərkəzi Xəzər Diktaturası"nın yaradıldığını elan etdilər.
"26-lar" hakimiyyəti təhvil verən kimi Bakıdan qaçmağa cəhd göstərdilər. İlk qaçış cəhdi iyulun 31-də uğursuzluğa düçar olan Şaumyan yenidən avqustun 3-də məsləkdaşı Ter-Petrosyanla birlikdə qaçmaq istədi. "Mərkəzi Xəzər Diktaturası"nın müdaxiləsi ilə tutulub geri qaytarılan Şaumyandan "xalqın pulunu özünə qaytarıb, hakimiyyətdə olduqları müddətdə gördükləri işin hesabatını" tələb etdilər.
Hərbi-siyasi vəziyyətin çətinliyini dərk edən "Mərkəzi Xəzər Diktaturası" çıxış yolu kimi ingilisləri Bakıya dəvət etdi. Avqustun 4-də polkovnik Stolsun başçılıq etdiyi ilk ingilis dəstəsi Bakıya daxil oldu. Ağ əlcək və şlyapada, qucaqlarında meymun tutmuş ingilisləri şəhərin xristian əhalisi, xüsusilə ermənilər təntənəli şüarlarla, gül-çiçəklə, orkestrlə qarşıladılar. Ancaq ingilis əsgərlərinin sayının az olması erməniləri məyus etdi.
Avqustun 5-də Bakı üzərinə növbəti hücum başladı və döyüşün ilk mərhələsi Qafqaz İslam Ordusunun üstünlüyü ilə keçdi. İntensiv hücum qarşısında müqavimət göstərə bilməyən diktatura qüvvələri geri çəkildilər. Avqustun 5-dən sonra təxminən 10 gün cəbhədə nisbi sakitlik yarandı.
Sonrakı tarixlərdə aparılan hərbi əməliyyatlarda əsasını ermənilərin təşkil etdiyi və 22 taborda birləşdirən "Diktatura-ingilis" birləşmələri Qafqaz İslam Ordusunun gec-tez Bakını alacağını bilirdilər. Sadəcə məğlubiyyətin acısını qəbul etmək istəmirdilər. Daşnakların "Vperyod" qəzetinə istinadən "Bülleten diktatura" qəzeti avqust ayının 8-də "Tarixi sənəd" başlığı ilə türk ordusu Şərq cəbhəsi komandanı Mürsəl Paşanın Erməni Milli Şurasına məktubunu dərc etmişdi. Mürsəl Paşa Bakını döyüşsüz təslim etmək təklifində bulunurdu: "Cənab Bakıda Erməni Milli Şurasının sədri! Şübhəsiz, Sizə aydındır ki, Bakı ətrafında türk qoşunu döyüşür. Əgər Siz şəhəri döyüşsüz təslim etsəniz, milliyyətindən və məzhəbindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət veriləcəkdir. Xüsusilə siz ermənilərə onda icazə və zəmanət veriləcək ki, arzuladığınız halda maneəsiz Bakıdan Ermənistana gedə biləsiniz. Əgər şəhər təslim edilməsə, o onsuz da alınacaqdır və həmin vaxt axıdılan qanların və yetirilən ziyanların məsuliyyəti sizin üzərinizdə qalacaqdır".
Erməni-daşnak birləşmələri bu dinc çağırışlara məhəl qoymadılar. Bakının işğaldan qurtuluş günü isə yaxınlaşırdı.
Sentyabrın 15-i gündüz saat 3-ə qədər davam edən döyüşlərin nəticəsində Bakını müdafiə edən erməni, rus və ingilislərin müqaviməti qırıldığından şəhəri təslim etməkdən başqa çarə qalmadı. Əslində şəhərin sentyabrın 14-da axşam təslim olunacağı bəlli idi. Şəhərin müdafiəsinə böyük ümidlər bağlayan ingilislər ayın 14-də axşam 22:00-da limana yığışıb gəmilərə minib Ənzəliyə tələsirdilər.
Bakının azad olunması günü, sentyabrın 15-də saat 10:30-da İran bayrağı ilə bərabər ağ bayrağın qaldırdığı avtomobil 15-ci Qafqaz diviziya qərargahına gələrək, şəhərin təslim edilməsi şərtlərini müzakirə etmək istəklərini bildirdilər. Qafqaz İslam Ordusu komandanlığının tapşırığı ilə 5-ci Qafqaz diviziyasının qərargah rəisi, podpolkovnik Rüştü danışıqlar üçün gəlmiş iki nəfərlə Bakıya gedərək 6 maddədən ibarət bir saziş layihəsi hazırladı və bu sazişin şərtlərinə görə Bakı təslim edildi.
Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelezavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi.
"Azərbaycan"ın ilk sayındakı xəbərlərdə deyilirdi ki, dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdi: "Bismillahir-rəhmanir-kərim. Bakı şəhəri 15.09.34. Saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Fərrux Nuri".
Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması xəbəri Türkiyə mətbuatının da əsas aparıcı mövzularından oldu. Bu barədə "Tan" qəzeti 17 sentyabr tarixli sayında yazırdı: "Etibarlı mənbələrə görə, Bakı şəhəri 36 saat sürən şiddətli müharibədən sonra Azərbaycan ordusu tərəfindən zəbt olunmuşdu. Bakıdakı ingilis və bolşeviklərə kömək haqqında məlumat gəlməmiş, fəqət bunların əksər hissəsi əsir edilmişdi".
36 saat sürən Bakı döyüşündə Qafqaz İslam Ordusunun 1000 nəfərdən çox əsgəri şəhid oldu.
Bakı azad olunduqdan sonra Güzdəkdə qərarlaşan Şərq Orduları qrupu komandanı Xəlil Paşa, Azərbaycan Xalq Cümhuriyyəti liderləri, general-leytenant Əliağa Şıxlınski, Həbib bəy Səlimov və Qafqaz İslam Ordusu komandanı Nuru Paşa 16 sentyabrda ordu hissələri ilə birgə Bakıya daxil oldu. Türk dünyasının ikinci İstanbulu olan Bakı uğrunda türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə eyni səngərdə döyüşməsi ortaq türk tarixi üçün çox şərəfli bir səhifəyə çevrildi.
Bakının qurtuluşu ilə Azərbaycan "başsız bədən" olmaqdan qurtuldu. Bakı Azərbaycana qovuşdu, milli şəhər və paytaxt statusunu bərpa etdi. M.Ə.Rəsulzadənin təbirincə desək, Azərbaycan xalqının tarixində bu gün 28 may qədər böyük bir dəyərə malikdir.
Qurtuluş günün mübarək, Bakı!

1126