Məhkumələr: qadın həbsxanasında 7 saat – REPORTAJ
Hamilə məhbusəni doğuşa aparan rəisə “gözünüz aydın, oğlunuz oldu” deyiblər...
...Məşhur “Şouşenkdən qaçış” filminin qəhrəmanına deyilən “Buradakı məhbusların hamısı günahsızdır” sözlərini xatırlayıram. Sadəcə, bir fərq var. Lent.az-ın əməkdaşı olaraq yollandığım Qadın Məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) daha çox “Buradakıların çoxu günahsızdır” sözlərini eşidirdim. Yəni, burada “günahsızdır” sözü hamıya yox, çoxluğa aid edilirdi. Ancaq “mənim günahım var, onun cəzasını çəkirəm” deyənlərə də rast gəlmək olur. İstənilən halda heç bir fərqi yoxdu; istər “günahım var”, istər “günahsızam” de, yenə də buradasan və olan, bəlkə də olmayan cəzanı çəkirsən...
Burada kimlər cəza çəkmir ki?!
Birisi həyat yoldaşını onun sevgilisiylə birlikdə öldürüb. Başqası qonşusunu təzəcə rəhmətə getmiş atasını söydüyünə görə məhz atasının silahıyla qətlə yetirib. Ən ağla gələn və gəlməyən cinayətlər... Ata-anasız qadın bir kişiylə mütəmadi olaraq görüşürmüş, bu zaman onların arasında intim münasibətlər də olurmuş. Qadın hər zamankı kimi növbəti dəfə kişiylə “budka”da (bu yer qadına məxsus olub) görüşür, “yeyib-içir”, sonra da həmişəki kimi cinsi əlaqədə olurlar. Bütün proseslər bitdikdən sonra qadın qayıdır ki, bəs “hər dəfə gəlib mənim puluma yeyib-içirsən, mənimlə də bir yerdə olursan, heç olmasa aradabir köməklik də göstər də”. Kişi isə bunun cavabında cibindən əvvəlki pulla 3-4 “şirvan” çıxarıb atır stolun üstünə ki, “bu da sənin qəh... pulun”. Bunu görən qadın “mən səninçün qəh..-əm?!” deyib elə stolun üstündəki bıçaqla da kişini qətlə yetirib...
Gorun iynəylə qazılması belə olurmuş
Haqqında danışdığım qadınlar da daxil olmaqla, qadın məhkumların sayı hazırda 323 nəfərdir. Ancaq CM rəhbərliyi mənə iyulun 1-nə olan sosial-demoqrafik xarakteristika haqqında olan məlumatları təqdim etdi. Həmin vaxta olan məlumata görə, Penitensiar Xidmətin Qadın Məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların (daha doğrusu, məhkumələrin) sayı 320 nəfərdir. Bu səbəbdən də mən yalnız 320 nəfərlə bağlı olan məlumatları yazıram. Bir şeyi də deyim ki, burada kişi cinsindən olan məhkum yoxdur və bu, rəsmi məlumatda da göstərilib. Qadınların isə 20 nəfəri 18-25, 46-sı 25-35, 110-u 35-45, 108-i 45-55, 25-i 55-60 yaş arasında olan şəxslərdir. 11 nəfər məhbusənin yaşı 60-dan çoxdur.
Haşiyə: Azərbaycanda yetkinlik yaşına çatmayan oğlanlar üçün Tərbiyə Müəssisəsi olsa da, qızlar üçün analoji cəzaçəkmə müəssisəsi yoxdur. Məsələ burasındadır ki, hakimlər 18 yaşına çatmamış qızlarla bağlı hökm çıxararkən “normadan artıq insaflı” davranırlar. Yəni, təqsirləndirilən şəxs 18 yaşına çatmamış qızdırsa, onu həbsxanaya salmaqdan qurtarırlar. Əslində isə axı həmin adamı göndərməyə müvafiq tərbiyə müəssisəsi, yaxud cəzaçəkmə müəssisəsi də yoxdur. Lakin bəzi hallarda azyaşlı qızlar elə cinayət törədir ki, (məsələn, ölüm işi) heç hakimlərin də bol insafı da köməyə gəlmir. Belə azyaşlı məhbusələr də məhz 4 saylı Cəzaçəkmə Müəssisəsinə salınır. Çünki bura Azərbaycanda qadınlar üçün yeganə cəzaçəkmə müəssisəsidir.
Buradakı məhkumələrin ailə vəziyyəti isə belədir: 106-sı evli, 105-i subay, 109-u isə boşanmış qadındır. Onların 33 nəfəri ali təhsillidir. 9 nəfəri natamam ali təhsilli, 68-i xüsusi orta, 164-ü orta təhsillidir. 46 nəfər 8-ci sinfə qədər təhsil alıb.
Məhkumələrin 304 nəfəri Azərbaycan Respublikasının vətəndaşı, 15-i əcnəbidir. 1 nəfərin vətəndaşlığı yoxdur. O, Qusar rayonundan olan qadındır.
285 nəfər əmək qabiliyyətlidir. 26 nəfər pensiya yaşına çatıb. Məhkumələrdən 9 nəfəri əlildir. 138 nəfəri həbs edilənə qədər işləyib, 182 nəfəri heç bir yerdə işləməyib.
Haşiyə: CM-də xalça sexi və atelye var. Məhkumələrin bir qismi burada çalışır. Buna görə onlara minimum əməkhaqqı dəyərində – 75 manat maaş da verilir. Maaşın isə yalnız kiçik məbləğini, məsələn 4 manatını xərcləməyə icazə var. Əməkhaqqının qalan qismi məhkum qadının bankdakı hesab nömrəsinə köçürülür. Həmin vəsait məhkumənin etdiyi günah üzündən adi insanlara, yaxud dövlətə vurulmuş ziyanın əvəzinə çıxılır. Məsələn, keçən ay (avqustda) 4 saylı Cəzaçəkmə Müəssisəsinin məhbusları bank hesabına köçürülmə yolu ilə vurduqları ziyanın qarşılığı olaraq 2625 manat ödəyib. Düzdür, minlərlə, hətta onminlərlə manat məbləğində vurulan zərərin qarşılığını ayda 75 manat əməkhaqqı ilə ödəmək lap iynəylə gor qazmağa bənzəyir. Ancaq bu, bir reallıqdır (borc əksər hallarda kiçik məbləğli maaşla ödənmir. Bu səbəbdən də məhkum borcun qalanını azadlıqda ödəyir).
“Barak”lar və “nakolka”lar
Həbsxananın iki həyəti var. Bunlardan biri ağaclar əkilmiş və bir də hovuzu (hovuz həm də ehtiyat su anbarını əvəz edir) olan həyətdir. Digəri isə “barak”ların (məhbusələrin yatdığı otaqların) yerləşdiyi həyətdir ki, bura da ağaclıqdır. Dediyim ikinci həyətin bir tərəfində məhbusələr skamyada oturub söhbət edir, kimi nərd oynayır, kimi gəzişir. İki-üç nəfər isə yuduğu paltarları sərirdi. Hər biri ayrı məşğuliyyətdə olmasına rəğmən, onları təkcə “qara bəxtlərinə” yazılmış məhbus həyatı deyil, həm də əyinlərindəki qara paltarlar birləşdirir. Bəli, onların hamısı standart qara paltar geyinir. Bu qara paltarlar da oradakı atelyedə tikilir.
Məhbusələr axşamlar “barak” adlandırdıqları otaqlarda yatır. Belə otaqların bir neçəsində oldum. Məlum oldu ki, bir “barak”da təxminən 30 nəfər yatır. “Barak”dakı çarpayılardan birinə yaxınlaşıram. Səliqəylə, özü də bəzək işləməsiylə alt-alta yazılıb: “Abdullayeva Almaz Ziyad qızı, mad.: 120, müd.: 13 il” (yəni Cinayət Məcəlləsinin 120-ci maddəsilə 13 il həbs cəzası verilib).
Hər “barak”ın bir nəfər briqadiri olur. Bu, həbsxana rəhbərliyi tərəfindən təyin edilmiş rəsmi vəzifədir. Ancaq hələ cəzaçəkmə müəssisəsinə getməzdən əvvəl bildirilmişdi ki, burada da kişi həbsxanalarında olduğu kimi “polojeniyaya baxan”lar var. Ancaq həbsxana rəhbərliyi də, məhbusələr də bunun yalan olduğunu dedilər. Mən isə bilmirdim ki, inanım, yoxsa yox. Çünki mənə “polojeniyaya baxan”ların barmağında üzük döyməsi (“nakolka”) olduğu da deyilmişdi.
Haşiyə: “Nakolka”ların bəziləri barədə sizlərə də danışım əziz oxucular. Barmaqdakı bütöv üzük “polojeniyaya baxan”ı bildirirsə, yarımçıq üzük (əvvəlcə üzüyün “skeleti” çəkilir, ancaq hamısı deyil, yarısı qaraldılır) isə “barak”dakı ən axırıncı adam sayılır (bu barədə geniş yazmıram, yəqin özünüz başa düşdünüz). Yarımçıq üzüyü qola, yaxud ayağa çəkilmiş tikanlı qızılgül də əvəz edə bilər. Tikansız qızılgül isə tamam başqa mənanı verir. Yəni, məhbus həbsxanaya 18 yaşına çatmazdan əvvəl düşüb və şəxsiyyət vəsiqəsini də məhz burada alıb. 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi isə burada ümumiyyətlə, heç kimin döymə vurdurmadığını iddia edirdi. Onların sözündən belə bəlli olurdu ki, döymələr ən çox Şüvəlandakı istintaq təcridxanasında vurulur. Həbsxanada deyirdilər ki, bura “krasnıy zon”dur, çox sakitçilikdir: nə “polojeniyaya baxan” var, nə də buna bənzər başqa xüsusi adamlar. Sadəcə, burada adi davalar olur, vəssalam. 4 saylı CM-in “krasnıy zon” olması əslində göz önündədir: məhbusələr həbsxananın həyətində demək olar ki, sərbəst gəzib-dolaşır. Yeri gəlmişkən, yalnız həbsxana rəhbərliyi istisna olmaqla, həyətdəki digər işçilər (o cümlədən nəzarətçilər) qadınlardır.
Məşhur kişi müğənninin bacısı
Yazının əvvəlində demişdim, bir də xatırladıram. Burada söhbətləşdiyim məhkumələrin əksəri günahsız olduğunu deyirdi. Azərbaycan qadınlarını Dubaya satmağa aparmaları iddiası ilə tutulanlar da, özlərini jurnalist kimi təqdim edənlər də. Elə “Dubay məsələsi” ilə bağlı məhkumələrdən birilə danışmaq istədiyimi deyəndə 1967-ci ildən olan K.D.-ni nişan verdilər. Onunla danışanda isə ilk cümləsi nə olsa yaxşıdı? “Mən də jurnalistəm”. Sözün düzü, bu qadına qətiyyən 42 yaş vermək olmazdı. Ancaq onun gözəlliyi də belə, mənim daşmış səbrimin qarşısını ala bilmədi. Çünki artıq bir neçə qadın “jurnalistəm, jurnalistəm”, “burada jurnalist qadınlar da var” demişdi ki, mən artıq növbəti “jurnalistin” özünü təqdim etməsinə əsəbiləşdim. Dilxor olduğumu görən K.D. səmimi şəkildə “reketlik” deyilən fəaliyyətlə məşğul olduğunu, icra hakimiyyəti başçılarından pul aldığını səmimi şəkildə etiraf etdi. Bir məqamı da mütləq deyim ki, o, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həbs olunmasının səbəbinə gəlincə, dediyim kimi, K.D. Dubaya qadın aparanlara vasitəçilik etməkdə, daha doğrusu, insan alverində günahlandırılıb. Polis işçisi olan həyat yoldaşı və iki oğlu (20 və 22 yaşlarında) ilə yaşayan K.D. evində alverlə də məşğul imiş, yəni pal-paltar satırmış: “Mənim evimə müştəri kimi gələn qadınlardan ikisi – bir qadınla bir qız mənzildən çıxandan sonra bayırda tanış olublar. Sonra da qadın qızı Dubaya göndərib. Qız Bakıya qayıtdıqdan sonra DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib. Qızı satan qaldı bir yanda, məni tutdular. Əslində isə mənim heç bir günahım yoxdur...”
K.D. məşhur kişi müğənnilərindən birinin bacısıdır. Ancaq məhz “Dubay məsələsinə” görə həbs edildiyindən müğənni qardaşı ondan imtina edib. Bunlar barədə də K.D. özü məlumat verdi: “Deyib ki, ölüm işi olsaydı, onu qurtarardım, ancaq belə şeydən sonra mənim o adda bacım yoxdur. İndi mənim yanıma oğlanlarım, həyat yoldaşım və o biri qardaşım gəlir. Həbsxana mənə hər şey öyrətdi. Bundan sonra mənimçün azadlıqda yaşamaq daha rahat olacaq. Ancaq oğlanlarımın və həyat yoldaşımın adına ləkə gəldi. ”
Yazıda qardaşının adının çəkilməməsini K.D. özü israrla xahiş etdi. Ancaq bir də xüsusi olaraq bildirməliyəm ki, onun qardaşı kifayət qədər tanınmış kişi müğənnilərindən biridir, tez-tez toylarda və televiziya ekranlarında görünür.
Reportaj hazırladığı həbsxanaya düşdü
Sevinc Gözəlova adlı xanım isə “Naxçıvan Press” qəzetinin baş redaktoru olub. O da jurnalist fəaliyyətinə görə deyil, başqa səbəbdən həbs edilib. “Qızıl Qələm” mükafatçısı olan bu qadın dələduzluqda təqsirləndirilir. O, bir neçə nəfərdən pul alaraq, Yasamal rayonunda obyekt almasında vasitəçilik edib. 3 ildən sonra obyektlər sökülüb. Obyekt sahiblərindən biri öz pulunu geri almaq məqsədilə S.Gözəlovanı məhkəməyə verib. Nəticədə Gözəlova həbs edilib, şikayətçinin isə pulunu geri qaytaran olmayıb. Çünki Gözəlova, dediyinə görə, aldığı 16500 dolların 16400 dollarını müxtəlif dövlət strukturlarının işçilərinə rüşvət olaraq veribmiş. Gözəlova deyir hamı qaldı qıraqda, təkcə məni tutdular: “Mənə o puldan cəmi 100 dollar qalmışdı. İstintaqda və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə nə qədər desəm də ki, aldığım pulları filan adamlara vermişəm, sözümə qulaq asan olmadı. Təkcə mən tutuldum, əsas pul çatan adamlar azadlıqdadır”.
S.Gözəlova ilə bağlı ən maraqlı məqam bilirsiz nədir? O, baş redaktor olduğu vaxt hazırda cəza çəkdiyi həbsxanadan reportaj hazırlayıbmış. “Zərif məxluqlar dəmir barmaqlıqlar arasında” adlı yazının müəllifi deyir ki, yazını hazırlayanda qəti inanmazdım, heç ağlıma da gəlməzdi ki, vaxt gələcək bura düşəcəm...
S.Gözəlova və başqa məhbuslar da onların bir xahişlərini Prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova çatdırmağımı istədilər: onlar Ramazan bayramı qabağı əfv fərmanı imzalanmasını xahiş edirlər. Özü də bu fərmanla azadlığa çıxmalarını deyil, sadəcə, cəza müddətlərinin azaldılmasını istəyirlər.
Digər məhbusə isə cəza müddətinin azaldılmasını deyil, ümumiyyətlə, həbsxanadan çıxmasını istəyir. Bunun üçün ona 10 min manat lazımdır. Belə ki, bu məbləğdə borcu olan qadın onu ödəyən kimi azadlığa çıxacaq. Özünü “E&E Company American-Azerbaijan”ın prezidenti kimi təqdim edən qadın dəfələrlə Rusiyadan Türkiyəyə (Yekaterinburqdan Trabzona, Samsuna) mal apardığını deyirdi. O, Türkiyədəki iş adamlarının onu aldatdığını, yüz minlərlə dollar məbləğində pulunu mənimsədiyini iddia edir: “Bu şəxslərdən biri Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin qardaşı Yəhya Dəmirəldir. “First meching bank”ın sahibi olan bu şəxs həm də Yaman Dəmirəl kimi tanınır”.
Qadın ona lazım olan 10 min manatı Azərbaycandakı türk iş adamlarından istəyir: “Çox istərdim ki, TÜSİAB (Türk Sənayeçiləri İş Adamları Birliyi) və ATİB (Azərbaycan-Türkiyə İş Adamları Birliyi) mənə yardım göstərsin. Əslində, onlardan borc istəyirəm. Mənə veriləcək 10 min manatı növbəti 3 ildə qaytaracağıma söz verirəm”.
Məhbusələrin hamiləliyi
Həbsxana rəhbərliyi bildirdi ki, məhbusələrin həbsxanaya düşəndən sonra hamilə qalma halına rast gəlinməyib. Ancaq bu, mümkündür. Çünki həbsxananın həyətində qadınların ərilə 3 gün müddətində qalması üçün yer var. Məhbusələrin həbs müddətində hamilə qalmasına rast gəlinməsə də, burada hamilə qadınlar da cəza çəkir (hazırda belə qadın yoxdur). Məhbusələr bura hamilə gəlirsə və övladını buradaca dünyaya gətirirsə (bu mövzuda lətifəyə bənzər bir hadisə var, onu da danışacam), 3 yaşınadək övlad anası ilə bərabər məhbəsdə qalır. 3 yaşına çatan uşaq ya qadının yaxınlarına, ya da uşaq evlərindən birinə verilir. Ancaq uşağın qohumlara verilməsi halları az-az rast gəlinir. Çünki ya belə qohum olmur, ya da uşağa sahib çıxmır. Bu səbəbdən də həbsxana cocuqları çox vaxt internatlara verilir.
Səmədova Bağdagülün də uşaqları internatdadır. O, oğurluq üstündə (Cinayət Məcəlləsinin 177.2.3 maddəsilə) 10 il iş alıb. Özü də birinci həbsxanaya düşdüyü birinci dəfə deyil. Sonuncu dəfə aldığı 10 ilin 6 ilini “yatıb”. Tutulan vaxt o, ikinci uşağa hamilə imiş. Uşaq doğulub, 3 yaşınadək burada qalıb, sonra isə uşaq evlərindən birinə verilib. Yaşını bilmədiyim, təxminən 45-55 yaşında olan Səmədova həm də həbsxana rəhbərliyindən, buradakı qanunsuzluqdan şikayətçi olan iki məhbusədən biriydi. O, haqsızlıqlarla üzləşdiyini, burada rüşvətxorluq hallarının olduğunu (məsələn, onun iddialarından biri beləydi ki, içəri kimsə pul “ötürmək” istəyirsə, 2 manata görə üçün 4 manat verməlidir. Həmin 4 manatın 2 manatı məhbusəyə, digər 2 manatı isə pulu “ötürən”ə çatır) müxtəlif həbsxana jarqonlarıyla deyir, ədliyyə naziri Fikrət Məmmədovun araşdırma aparmaq üçün həbsxanaya komissiya göndərilməsini istəyirdi.
Həbsxana rəhbərliyi və digər məhbusələr isə onun yalan danışdığını, Səmədovanın “demaqoq olduğunu” iddia edirdi. Qarşı tərəf onun “briqadir kimi vəzifə” aldığını arqument kimi önə çəkərək “haqsızlıqla üzləşən adam necə briqadir ola bilər?” deyirdi. Məhbusələr arasında hətta Səmədovanın dediklərinin yalan olduğunu inandırmaq üçün namaza and içənlər də vardı (məhbusələr arasında namaz qılan da, oruc tutan da var. Bu ilki Ramazan ayında 323 məhbusədən 77 nəfəri oruc tutur). Mən isə hər iki tərəfin dediyini yazıram, əziz oxucular, nəticəni özünüz çıxarın.
Başqa bir şikayətçi məhbusə ilə bağlı deyilən əks arqumentlərə isə sözün düzü, mən özüm də inandım. Təxminən 70 yaşlı qadın qızları “Sədaqətlə Nəzakətin həbs müddəti qurtarıb, onları niyə buraxmırlar?“ deyərək şikayətlənirdi. Həbsxana rəhbərliyi və məhbusələr isə onun psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edirdi. Ancaq maraqlıdır, axı psixi xəstənin həbsxanada nə işi var? Mən cəzaçəkmə müəssisəsində psixoloq olub-olmamasıyla da maraqlandım, sən demə, yox imiş...
Olmuş əhvalat
Sonda bu cəzaçəkmə müəssisəsilə bağlı bir maraqlı əhvalatı nəql edim. Bir neçə il əvvəl həbsxanadakı hamilə qadınlardan birinin doğum vaxtı gəlir. Axşam olduğundan rəis həbsxanada deyilmiş, artıq evinə gedibmiş. Rəisə zəng vurulur, o da gəlib məhbusəni mindirir maşına, aparır daha çox “Semaşko” kimi tanınan Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına. Buradakı “Doğum şöbəsi”nin qarşısında çoxlu sayda kişi içəridən xəbər gözləyirmiş. Arabir tibb bacısı çıxıb “filankəsin əri kimdir” deyib soruşur, həmin adam da “mənəm” cavabını verəndə ona övladının olması xəbərini verirmiş. Tibb bacısı növbəti dəfə çıxanda məhbusənin adını çəkir: “G.-nın əri kimdir?” Heç kim, o cümlədən həbsxana rəisi də dillənmir. Sual bir də səslənir: “G.-nın əri kimdir?” Bu zaman həbsxana rəisi irəli çıxaraq “mənəm” deyir. Tibb bacısı da deyir ki, təbrik edirəm, sizin oğlunuz olub...
Bu əhvalatı danışmaqla nəyəsə eyham vurmaq fikrim yoxdur, sadəcə, maraqlı olduğuna görə yazdım...
Pərvin ABBASOV
[email protected]
ANONS: 4 saylı Cəzaçəkmə Müəssisəsindən “Məhkumələr” adlı silsilə yazılar, insan talelərinin hekayətləri olacaq. Beləliklə, növbəti yazılarda:
- “Dubayda ilyarım fahişəlik eləmişəm, indi anamgil mənim Moskvada olduğumu düşünür”
- “Sevgilisilə birlikdə öldürdüyüm həyat yoldaşıma indi “Yasin” oxuyuram”
- “Tiryəki özümçün götürmüşdüm”
- “Aslan Aslanovun oğluyla intim münasibətə könüllü gedirdim”
- Müğənninin bacısı: “Firuzəylə Cavanşir Məmmədov məndən ötrü Ənvər Seyidova ağız açıb”.

2731