Mərkəzi Aranda “Təmiz hava” aylığı başa çatıb
11 sentyabr 2009 18:30 (UTC +04:00)

Mərkəzi Aranda “Təmiz hava” aylığı başa çatıb

Aylıq çərçivəsində yoxlamadan keçirilmiş 1408 avtomobilin 321-də dəm qazının miqdarının normadan yuxarı olduğu üzə çıxıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yevlax, Bərdə, Ağdaş, Tərtər rayonlarında keçirilən “Təmiz hava” aylığının nəticələrini açıqlayıb. “Təmiz hava” aylığını avqustun 1-dən 31-dək 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Daxili İşlər Nazirliyi ilə birgə keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aylıq çərçivəsində aparılan yoxlamalarda 1408 şəxsi minik maşınından 321-də dəm qazının miqdarının təyin olunan normadan yuxarı olduğu aşkarlanıb və sürücülər barəsində protokol tərtib edilib. Yevlax rayonu ərazisindəki yoxlama zamanı vətəndaşlara məxsus 631 ədəd müxtəlif markalı fərdi avtomobildən 105-də, Ağdaş rayonunda 304 avtomobildən 59-da, Bərdədə, 277 avtomobildən 126-da, Tərtərdə isə 196 avtomobildən 31-də dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu müəyyən edilib.

Bundan başqa, Yevlax rayonunun Mərkəzi Xəstəxanasının avtomobil qarajında keçirilən reyd zamanı 6 avtomobildən 4-də dəm qazının normadan artıq olduğu müəyyən edilib. Bu faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilib və sənədlərin icra üçün Rayon Daxili İşlər Şöbəsinin DYPB-nə göndərilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar