5 saylı Şəhər Kliniki Xəstəxanasında araşdırma aparıldı
5 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan Əbülfəz Səfərovun aclıq aksiyası keçirməsi və bu tibb müəssisəsindən zorla çıxarılması ilə bağlı yayılmış məlumat İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Lent.az-a Aparatın mətbuat xidmətindən məlumat verilib.
Xəstəxananın baş həkimi Ziya Əsədovun verdiyi məlumatda bildirilib ki, Əbülfəz Səfərov 31 avqust 2009-cu il tarixdə bel-oma fəqərələrinin osteoxondrozu, kökcük ağrıları diaqnozu ilə xəstəxananın nevroloji şöbəsinə yerləşdirilib, EKQ, döş qəfəsi orqanlarının rentgenoskopiyası və digər müayinələrdən keçirilib, xəstəliyinə uyğun dərman, habelə masaj, iynəbatırma və digər fizioterapiya müalicəsi alıb. Şöbənin həkimi Rza Əhmədov tərəfindən Ə.Səfərovun səhhəti nəzarətdə saxlanılmaqla o, müalicə kursu keçib.
Baş həkim həmçinin bildirib ki, xəstəxanada olduğu müddətdə Ə.Səfərov aclıq keçirəcəyini elan etsə də, o, qida ilə təmin olunmuş və qidalanmanı davam etdirib.
Xəstənin ümumi vəziyyəti yaxşılaşıb və o, sentyabrın 9-da öz xahişi ilə xəstəxanadan evə yazılıb.

691