Təhsil naziri şagirdlərlə görüşdü
Misir Mərdanov fənn olimpiadalarında uğur qazanan gənclərə dəstək veriləcəyini deyib
Təhsil naziri Misir Mərdanov bu gün Şüvəlandakı 16 saylı internat məktəbində respublika olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb. Görüşdə təhsilin inkişaf etdirilməsi sahəsində işlərdən, istedadlı gənclərin qabiliyyətlərinin üzə çıxarılmasını nəzərdə tutan dövlət proqramlarının icrası barədə danışılıb.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, şagirdlərlə görüş istedadlı uşaqlar üçün təşkil olunan iki həftəlik yay təlim düşərgəsi çərçivəsində keçirilən olimpiadaların nəticələrinə həsr edilib. Həmin olimpiadalarda ölkə üzrə 50 istedadlı gənc riyaziyyat, fizika kimya, biologiya fənləri üzrə seçim turundan uğurla keçiblər. Təhsil naziri Misir Mərdanov şagirdlər qarşısında çıxış edərək təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir həmçinin yeniyetmələrin təhsil problemləri, istedadlı uşaqlara verilən imtiyazlar, xaricdə təhsil kimi məsələlərdən də danışıb.
Daha sonra nazir şagirdlərin təhsilin müxtəlif sahələrinə dair suallarını cavablandırıb. Misir Mərdanov bildirib ki, “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı”nın əsas məqsədi ölkənin istedadlı yeniyetmələrinin üzə çıxarılmasıdır. Onun sözlərinə görə, 2006-2010-cu illəri əhatə edən proqramda istedadlı uşaqlar barədə məlumat bankının, internet portalının yaradılması, yeni tipli təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, həmçinin istedadlı gənclərin intellektual inkişafı sahəsindəki zəruri məsələlər əksini tapıb.
Nazir qeyd edib ki, bu proqram çərçivəsində 14 ümumtəhsil məktəbində lisey sinifləri açılıb, 4 internat məktəb lisey və gimnaziyaya çevrilib. Bundan başa, ölkə üzrə “İstedad” bankı yaradılıb, müəllimlər üçün vəsaitlər ayrılıb.
Elxan SALAHOV

544