Azərbaycanlı nazir yürüşdən qayıdır
Ekspedisiya qrupu yürüş boyu planlaşdırılan tutulan elmi-tədqiqat işlərini də başa çatdırıblar
Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu avqustun 11-də Kilimancaro dağına başladığı yürüşü başa çatdırdıqdan sonra Azərbaycana qayıdır. Dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Uhuru zirvəsini fəth edən ekspedisiya qrupunun üzvləri əvvəlcədən nəzərdə tutulan elmi-tədqiqat işlərini də başa çatdırıblar.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ekspedisiya üzvləri yol boyu Kilimancaro dağındakı Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənib, meteoroloji və geoloji müşahidələr aparıblar. Onlar həmçinin qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi yaxından tədqiq edib, quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplayıblar.
Elxan SALAHOV

688