Azərbaycanlı nazir Kilimancaro dağındadır
Ekspedisiya qrupu zirvəyə yürüşü başa çatdırıb
Avqustun 11-də Afrika qitəsindəki Kilimancaro dağına yürüşə başlamış ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu Uhuru zirvəsinə çatıb. Bu gün ekspedisiya dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yürüşü başa çatdırıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ekspedisiya üzvləri Azərbaycan bayrağını, mərhum eks-prezident Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıblar.
Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya Azərbaycanın dövlət bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan birinci qrupdur.
Elxan SALAHOV

663