Hakim olmaq istəyənlər imtahan verdilər
Bu gün hakimlik vəzifələrinə namizədlər üçün imtahanlarının ikinci mərhələsi keçirilib. İmtahanda hüquq təhsili olan və bu sahədə ən azı 5 il iş təcrübəyə malik namizədlər iştirak edib.
Lent.az-ın məlumatına görə, müsabiqədə iştirak üçün 213 namizəd qeydiyyatdan keçsə də onlarda 2 nəfəri imtahana gəlməyib. Digər 211 namizəd isə hakimlik vəzifəsi uğrunda yarışlarda bilik və bacarığını nümayiş etdirib. Onların çoxu məhkəmə, ədliyyə, prokurorluq, daxili işlər orqanlarının işçiləri və vəkillərdir.
Xatırladaq ki, imtahanın nəticələr iyulun sonunda elan olunacaq. Ən azı 60 bal toplayanlar növbəti mərhələyə keçmək hüququ qazanaraq sonuncu mərhələdə şifahi imtahan verəcəklər.
Elxan SALAHOV

1202