Yeni il hədiyyələri saxta çıxdı
Bakıda 6 mağazada 87 kiloqrama yaxın olan 298 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu dəfə yoxlamalar paytaxtın 5 rayonunda aparılıb. Reydlər nəticəsində saxta və yararsız hədiyyələrin aşkarlandığı mağazalar bunlardır:
Bakının Nəsimi rayonunda:
-Moskva prospekti, ev 58 ünvanında Rəfilə Aslanovaya məxsus mağazada;
-A.Məhərrəmov küçəsi, ev 45 ünvanında yerləşən "Şokaladnıy mir" mağazasında;
Yasamal rayonunda:
-Ş.Mehdiyev küçəsi, 1054 ünvanında yerləşən "Lider AS market"də;
Xətai rayonunda:
-A.Ələsgər küçəsi, 2946-cı məhəllədə yerləşən "Hobby market"də;
Nizami rayonunda:
-Q.Qarayev prospekti, ev 7A ünvanında yerləşən "Ruslan-93 market"də;
Sabunçu rayonunda:
-Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, ev 53 ünvanında yerləşən "Qloriya" ticarət mərkəzində.
Monitorinq zamanı ümumi çəkisi 87 kiloqrama yaxın olan 298 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkarlanıb. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09